Ümummilli Lider – xalqın və dövlətin xilaskarı
Tarix: 02-10-2025 | Saat: 10:26
Bölmə:Siyasət | çapa göndər

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün taleyüklü dönüş nöqtəsi oldu. Həmin gün xalqımız düzgün qərar verərək dünya səviyyəli siyasətçi Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi və bununla da müasir müstəqil Azərbaycanın möhkəm təməli atıldı. Ulu Öndərin prezident seçilməsindən sonra dövlətin siyasi, hüquqi və iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində qətiyyətli addımlar atıldı. İlk növbədə, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ölkədə sabitlik bərpa edildi, sosial-iqtisadi yüksəliş üçün şərait yaradıldı. Daha sonra dövlət çevrilişlərinin qarşısı alındı, ölkə vətəndaş müharibəsi təhlükəsindən qorundu, ordu quruculuğu istiqamətində sistemli tədbirlər həyata keçirildi. Tarixi təcrübə sübut etdi ki, əgər müstəqilliyin ilk illərində Heydər Əliyev hakimiyyətə dəvət olunsaydı, Azərbaycan faciəli hadisələrin və ağır itkilərin qarşısını ala bilərdi.
Ümummilli Liderin rəhbərliyi ilə ölkəmiz kiçik marionet dövlətlərə parçalanmaqdan qorundu, müstəqil dövlət quruculuğu prosesi başladı. Ulu Öndər Heydər Əliyev dərin siyasi zəkası, geniş dünyagörüşü və realist yanaşmaları ilə tarixi şəraiti düzgün qiymətləndirir, ölkənin gələcəyi üçün müdrik qərarlar qəbul edirdi. O, beynəlxalq müstəvidə balanslaşdırılmış siyasət aparır, peşəkar rəhbər və uzaqgörən dövlət xadimi kimi xalqın etimadını doğruldurdu. Ümummilli Liderin rəhbərliyi ilə formalaşdırılan milli ideyanın əsasını azərbaycançılıq məfkurəsi təşkil edirdi. Bu ideya yalnız ölkə ərazisində yaşayan insanları deyil, dünyanın müxtəlif guşələrindəki həmvətənlərimizi də bir amal ətrafında birləşdirərək ümummilli ideologiyaya çevrildi.
Qeyd olunmalıdır ki, bu gün Azərbaycanın qazandığı uğur və qələbələrin təməlində də məhz Heydər Əliyevin siyasi xətti dayanır. 1993–2003-cü illərdə qoyulan möhkəm əsaslar hazırda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son iki onillikdə ölkəmiz sürətli iqtisadi yüksəliş, güclü ordu quruculuğu və demokratik dövlətçilik sahəsində böyük nailiyyətlər qazanıb. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən qısa antiterror əməliyyatı isə ölkəmizin tam suverenliyini təmin etdi. Bütün bu uğurlar Azərbaycanı qalib dövlətə çevirdi və bu gün ölkəmiz güclənən iqtisadiyyatı, artan nüfuzu və möhkəmlənən beynəlxalq mövqeyi ilə regionun liderinə çevrilib. Müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin ideyaları və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində gündən-günə inkişaf edir, yeni zirvələrə doğru irəliləyir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər