Mobil versiya
Azərbaycanın dövlətçilik tarixi
Tarix: 01-10-2025 | Saat: 20:45
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir."
Ulu Öndər Heydər Əliyev


1993-cü il 3 oktyabr tarixində keçirilən ümumxalq səsverməsinin nəticələrinə əsasən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. 1990-cı illərin əvvəllərində ölkə dərin siyasi böhran, hakimiyyət boşluğu, separatçılıq təhlükəsi və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi reallığa çevrilmiş, cəmiyyətin bütün təbəqələrində narahatlıq hökm sürürdü. Belə bir çətin məqamda xalqın çağırışı ilə siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkəni xaos və parçalanmadan xilas etmişdir. Ümumxalq seçkilərində əldə etdiyi qələbə xalqın ona olan böyük etimadının və inamının göstəricisi idi. Heydər Əliyev Prezident seçildikdən sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə nail olmuş, dövlət quruculuğu prosesini gücləndirmiş və Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmişdir. 3 oktyabr 1993-cü il Azərbaycan tarixində müstəqil dövlətin qorunması və gələcək inkişafının təmin olunması baxımından mühüm mərhələ kimi yadda qalmışdır. Bu gün də həmin tarixi hadisə xalqımızın yaddaşında xilaskar liderin qətiyyətli addımı kimi yaşayır.

Rəhman Ağabalayev
YAP Qusar rayon təşkilatının fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2025