Mobil versiya
Azərbaycan-Polşa əlaqələri inkişaf edir -Foto
Tarix: 30-09-2025 | Saat: 19:06
Bölmə:Parlament | çapa göndər

Azərbaycan-Polşa əlaqələri inkişaf edir

Sentyabrın 30-da Milli Məclis sədrinin müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Pşemıslav Vitekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları səmimi salamlayan Milli Məclis sədrinin müavini ölkələrimiz arasında tarixi əlaqələrə əsaslanan ənənəvi dostluq münasibətlərindən danışıb. O bildirib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yerli memarlarla birgə Bakının memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlər xalqlarımız arasında mənəvi bağlılığın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Qeyd olunub ki, polşalı memarlar Bakının memarlığında mühüm iz qoymuş, şəhərin bir çox möhtəşəm tarixi binalarını inşa ediblər.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətlərarası əlaqələrin inkişafındakı müstəsna rolunu qeyd edən vitse-spiker bildirib ki, bu gün ikitərəfli münasibətlər siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla inkişaf edir. O, həmçinin Prezident İlham Əliyevin ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və dərinləşdirilməsinə verdiyi böyük önəmi xüsusi vurğulayıb.

Vitse-spiker qonaqlara Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, bölgədə yaranmış yeni reallıqlar, həmçinin ölkəmizin regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olunması istiqamətində atdığı mühüm addımlar barədə məlumat verib.

Polşa Parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Pşemıslav Vitek səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu deyən qonaq qeyd edib ki, parlamentlər ikitərəfli münasibətlərin dərinləşdirilməsində əhəmiyyətli rol oynaya bilərlər. Eyni zamanda, vurğulanıb ki, Polşa tərəfi Azərbaycana beynəlxalq platformalarda göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcək.

Görüş tərəflərin Azərbaycan–Polşa əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025