3 Oktyabr 1993: Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi -dövlətçiliyimizin xilası
Tarix: 30-09-2025 | Saat: 17:05
Bölmə:Özəl | çapa göndər

«Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur.» Prezident İlham Əliyevin xalqımız üçün misilsiz xidmətlər göstərən, siyasi fəaliyyətini, həyatını Azərbaycanın müstəqilliyinin qazanılmasına həsr edən Ulu Öndər haqqında söylədiyi bu sözlərdə müdrik şəxsiyyətin özünütəsdiq formulu əks olunur.
Azərbaycan xalqının taleyində əbədi yaşam haqqı qazanan elə günlər var ki, o məqamlarda milyonların gələcək həyatını müəyyən edən tarixi hadisələrin səhifələri yazılır. Belə günlərdən biri də xalqımızın, Azərbaycanın müqəddəratını təyin edən 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkisidir. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində 98.84 faiz səs toplayan Heydər Əlirza oğlu Əliyev seçicilərin yekdil etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Tariximizə Qayıdış, Milli Qurtuluş günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. Ulu Öndər iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Xalq isə respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi.
10 oktyabr 1993-cü ildə, Azərbaycanın ictimai-siyasi həyatının ən mürəkkəb dövründə, XX əsrin sonunda dünyada köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını xalqının etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan Bayrağını öpüb and içərkən ilk növbədə ona etimad göstərən xalqının ağlına, zəkasına , qüdrətinə inandığını bildirdi: «Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»
Ulu Öndərin xalqımızın qamətini düzəldəcək, ayağa qalxacağı, gücünü birləşdirəcəyi, müasir ordusunu yaradacağı ilə bağlı istəklərini reallaşdıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuraraq, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ulu Öndərin ruhu rahatlıq tapdı. Başqa sözlə, deyilsə ata vəsiyyətinə sədaqətini xalqımızın illərdən bəri torpaq həsrətinə son qoymaqla bildirən Müzəffər Ali Baş Komandan müstəqil dövlətini, ərazilərinini bundan sonra da göz bəbəyi kimi müdafiə etmək qüdrətindədir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İlham Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur.
Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2025