Mobil versiya
İsrail HƏMAS-ın Qəzza ilə bağlı planı qəbul etməsinə şübhə ilə yanaşır
Tarix: 30-09-2025 | Saat: 17:33
Bölmə:Dünya | çapa göndər

İsrail HƏMAS-ın Qəzza ilə bağlı planı qəbul etməsinə şübhə ilə yanaşır

İsrail xarici işlər naziri Gideon Saar xəbərdarlıq edib ki, HƏMAS ABŞ tərəfindən təklif olunan Qəzza zolağında münaqişənin dayandırılması planının "həyata keçirilməsindən yayınmağa" çalışa bilər.

aia.az-ın "Times of Israel"ə istinadən verdiyi məlumata görə, o bu barədə Belqradda serbiyalı həmkarı Marko Curiç ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İsrailin razılığı heç kimi təəccübləndirməməlidir: "Çünki Təl-Əviv Qəzzada öz məqsədlərindən imtina etmir, lakin onlara diplomatik vasitələrlə çatmaq niyyətindədir. İsrail hələ də müharibə üçün müəyyən etdiyimiz məqsədlərə sadiqdir, buraya HƏMAS-ın silahlı qüvvələrinin məhv edilməsi, girovların azad edilməsi və digər məsələlər daxildir".

G.Saar əlavə edib ki, HƏMAS münaqişəyə son qoymaqdan imtina edərək, müharibənin davam etməsinə görə "tam məsuliyyət daşıyır".

Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar keçirilib. Danışıqların nəticəsinə əsasən, Qəzzadakı vəziyyətin tənzimlənməsi üzrə 21 bənddən ibarət sülh planı qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025