"Bu şəxslər üçün borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir"
Tarix: 30-09-2025 | Saat: 12:41
Bölmə:Parlament | çapa göndər

Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanun var. Məqsəd borclu şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq və onları yenidən bazara qaytarmaqdır. Hazırkı qanun bunu edə bilirmi? Birmənalı yox.
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, zaman keçdikcə iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac dəyişib:
"Bu qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları ilə müqayisəsini aparsaq acınacaqlı mənzərə ortaya çıxır. Ona görə də "Müflisləşmə və iflas haqqında" qanunun iş planına salınmasını və təkmilləşdirilməsini təklif edirəm".
Deputat nəzərə çatdırıb ki, Amerika Birləşmiş Ştatlarında qanun borclu şirkətlərin fəaliyyətini davam etdirməyə, həmçinin borclarını tədricən ödəməyə imkan verir. Bu model çox çevikdir və borcluların öz işlərini bərpa etməsinə şərait yaradır:
"Fərdi müflisləşmə zamanı borclu şəxsin əmlakı satılaraq borclar ödənilir. Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub. Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb. Azərbaycanda hüquqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verəcək şəkildə təkmilləşdirilməlidir. Borclulara işlərini bərpa etmək və iqtisadi vəziyyətlərini düzəltmək üçün dəstək proqramların əlavə edilməsi faydalı ola bilər".
R.Nurullayev qeyd edib ki, Azərbaycanda borcluların və şirkətlərin yenidən qurulması üçün tam mükəmməl mexanizm yoxdur. Bu sahədə əlavə təkmilləşdirmələr tələb olunur.
"Azərbaycan qanunvericiliyində borclu şəxslərin borcunun silinməsi və ya azaldılması üzrə daha elastik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi".
Vurğulayıb ki, şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir.
"Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2025