Mobil versiya
Azər Kərimli: Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının əsas istiqamətlərini və strateji baxışını aydın şəkildə ortaya qoydu
Tarix: 27-08-2025 | Saat: 18:33
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli: Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının əsas istiqamətlərini və strateji baxışını aydın şəkildə ortaya qoydu

“Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regionda və beynəlxalq aləmdə baş verən siyasi proseslərə dair mühüm mövqeləri ortaya qoydu. Müsahibədə Prezident Əliyev Azərbaycanın xarici siyasət prioritetlərini, regional təhlükəsizlik məsələlərini və enerji siyasətini əhatəli şəkildə izah etdi”.

Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Azər Kərimli səsləndirirb.

Azər Kərimli bildirdi ki, Prezident İlham Əliyev müsahibə zamanı ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinin gedişinə toxundu. “O, Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın göstərdiyi təşəbbüsləri və beynəlxalq hüquqa əsaslanan yanaşmasını önə çəkdi. Sülh üçün əsas şərt qarşılıqlı tanınma və ərazi bütövlüyünə hörmət edilməsidir. Bu yanaşma, Azərbaycanın münaqişədən sonrakı dövrdə sabitlik və əməkdaşlıq axtarışına sadiqliyini göstərir. Müsahibədə həmçinin Cənubi Qafqazda yeni geosiyasi reallıqlardan bəhs olunur. Bu gün Azərbaycan regionda sabitliyin əsas təminatçılarından biridir və konstruktiv əməkdaşlıq formatlarının yaradılmasına çalışır. Bu kontekstdə, Azərbaycan-Türkiyə əlaqələri, eləcə də Azərbaycanla digər qonşu ölkələr – Gürcüstan, İran və Rusiya ilə münasibətlər də əhəmiyyətli yer tutur”.

Millət vəkili A.Kərimlinin fikrincə müsahibənin mühüm hissələrindən Azərbaycanın enerji siyasəti və beynəlxalq münasibətlərdə ikili standartlarla bağlıdır: “Burada Azərbaycanın Avropaya qaz tədarükündəki roluna diqqət yetirilərək, bu sahədə ölkənin etibarlı tərəfdaş olduğu bir daha təsdiqlənib. Həmçinin Azərbaycanın enerji strategiyası təkcə iqtisadi deyil, həm də siyasi sabitlik baxımından Avropa üçün əhəmiyyətlidir. Azərbaycanın qanunları hər zaman beynəlxalq hüquqa əsaslanıb və bu prinsiplərə selektiv yanaşma regionda ədalətsizliyi daha da dərinləşdirə bilər. Bu həm Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, həm də beynəlxalq aktorların bu hüquqa seçici yanaşmasının təhlükələrini göstərən bir xəbərdarlıqdır. Əgər ədalət və hüquq hamı üçün eyni şəkildə işləməsə, bölgədə davamlı sabitlik mümkün olmayacaq.”.

Azər Kərimlinin fikrinə görə, müsahibənin ərəb auditoriyasına yönəlməsi isə Azərbaycanın İslam dünyası ilə münasibətlərinin inkişafına, xüsusilə ərəb ölkələri ilə əməkdaşlıq perspektivlərinə işarə idi. “Həmçinin müsahibədə Azərbaycan diplomatiyasının əsas istiqamətlərini və strateji baxışı aydın şəkildə ortaya qoyulub. Bu müsahibə bir tərəfdən Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yeri möhkəmləndirir, digər tərəfdən isə regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2025