Türk Dünyası ilə Strateji Yanaşma
Tarix: 27-08-2025 | Saat: 15:57
Bölmə:Siyasət | çapa göndər

Müasir dövrdə geosiyasi proseslər sürətlə dəyişir və bu dəyişikliklər fonunda Azərbaycan türkdilli ölkələrlə münasibətlərini daha da gücləndirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu siyasət yalnız diplomatik əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, həm də regional sabitlik və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Azərbaycan və Türkmən xalqları əsrlər boyu qardaş xalqlar kimi yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi bu ənənələrə sadiqdirlər, bunu yaşadır və yeni üfüqlərə doğru birgə addımlayırlar.
Avqustun 22-də Türkmənbaşı şəhərində baş tutan Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin sammiti bu baxımdan mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin Türkmənistana səfəri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə gerçəkləşdi və üç ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsini başlatdı. Görüş zamanı regional nəqliyyat, enerji və logistika sahələrində birgə layihələrin müzakirəsi, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdı.
Prezident İlham Əliyevin sözləri bu əməkdaşlığın mahiyyətini açıq şəkildə ifadə etdi: “Xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Ənənələrimiz oxşardır, dostluq və qardaşlıq münasibətlərimiz əsrlər boyu möhkəmlənmişdir. Energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var”.
Bu bəyanat türk dövlətləri arasında həmrəyliyin gələcək istiqamətlərini müəyyənləşdirən strateji vizyonu ortaya qoydu.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev hər iki liderə görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu üç dövlət arasında yeni əməkdaşlıq səhifəsinin açıldığını vurğulayıb: “Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdirlər. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri xüsusi önəm daşıyır və hazırda birgə səylər bu nəhəng kommunikasiyaların vahid zəncirdə birləşdirilməsinə yönəlib.
Qarabağın azadlığı ilə başlayan yeni dövr təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının taleyində dönüş nöqtəsidir. Bu mərhələ Türk dövlətləri arasında birliyin daha da güclənməsi, əməkdaşlığın genişlənməsi və ortaq gələcəyin qurulması üçün real imkanlar açır. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm tarixə, həm siyasətə, həm də mənəviyyata söykənən liderlik rolunu qətiyyətlə və uğurla yerinə yetirir. Qarabağ artıq sadəcə bir bölgə deyil ,Türk dünyasının birliyini, gücünü və ruhunu simvolizə edən müqəddəs bir rəmzə çevrilib.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-08-2025