Mobil versiya
Zelenski ABŞ-a yeni səfir təyin edib
Tarix: 27-08-2025 | Saat: 21:38
Bölmə:Özəl | çapa göndər

Zelenski ABŞ-a yeni səfir təyin edib

“Strana” nəşri xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski keçmiş baş nazirin müavini Olha Stefanişinanı Ukraynanın ABŞ-dakı səfiri təyin edib.
Zelenskinin sözlərinə görə, namizədliyin ABŞ Dövlət Departamenti ilə razılaşdırılması üzrə bütün rəsmi prosedurlar başa çatıb.

İyulun 8-də Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı səfir Oksana Markarovanı Vaşinqtondan geri çağırmağa söz verib. Nəşrin yazdığına görə, Markarova ABŞ Demokratlar Partiyasına yaxındır və respublikaçılar tərəfindən tənqid edilib. Buna görə də səfirin vəzifəsindən kənarlaşdırılması Kiyevə silah tədarükünün dayandırılması zamanı Zelenskinin ABŞ prezidentini sakitləşdirməyə cəhdi olacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2025