Mobil versiya
Bacı-qardaş imtahansız universitetlərə qəbul olundu
Tarix: 26-08-2025 | Saat: 10:03
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bacı-qardaş imtahansız universitetlərə qəbul olundu

Azərbaycanda bacı-qardaş imtahansız ali məktəbə qəbul olunublar.

aia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Respublika Fənn Olimpiadasının bürünc medalçısı Şirinli Məlahət Rafiq qızı imtahansız Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.

M.Şirinli 2024-cü ildə FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramını qazanaraq bir təhsil ili ərzində ABŞ-da orta məktəbdə təhsil alıb. O, ötən il buraxılış imtahanında mümkün 300 baldan 292.3 bal toplayıb

Lənkəranın Xolmili kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasında ikiqat bürünc medalçısı, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısı Şirinli Əliyyiəkbər Rafiq oğlu imtahansız ADA Universitetinin Kompüter elmləri (tədris ingilis dilində) ixtisasına qəbul olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2025