Böyük Qayıdış prosesi Azərbaycanın qüdrətini nümayiş etdirir - DEPUTAT
Tarix: 26-08-2025 | Saat: 12:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycan xalqının iradəsi, tarixi ədalətin bərpa edilməsi və işğaldan azad olunmuş torpaqlarda yeni həyatın başlanmasının təntənəsi idi.
Dövlətimizin başçısının “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri soydaşlarımızın ürəyində əks-səda doğurub. 32 il doğma yurd həsrəti çəkmiş kəlbəcərlilər üçün həmin gün həyatlarının ən mühüm dönüş nöqtəsi idi. Azərbaycan xalqı bütün bu illər ərzində ümidini heç vaxt itirməyib, işğal dövründə belə mübarizə əzmi ilə yaşayıb və bu müqəddəs günə inanaraq onu yaxınlaşdırıb.
Prezident İlham Əliyev çıxışında Kəlbəcərin 1993-cü ilin aprelində işğal olunmasının Azərbaycan üçün yaratdığı fəsadları da xatırlatmışdır. Ermənistan bu ərazidən istifadə etməklə Qarabağla birbaşa coğrafi bağlantı əldə etmiş, digər torpaqlarımızın işğalına yol açmışdır. Uzun illər aparılan nəticəsiz danışıqlar əslində işğalı əbədi etmək məqsədi güdürdü. Ermənistan havadarlarının dəstəyi ilə danışıqlarda vaxt qazanır, pulsuz silahlarla təmin olunaraq işğalı möhkəmləndirməyə çalışırdı. Lakin Azərbaycan xalqı bu vəziyyətlə barışmadı. Güclü ordu yaradıldı, iqtisadiyyat möhkəmləndi, beynəlxalq müstəvidə ədalətli mövqeyimiz müdafiə olundu və 2020-ci ildə Vətən müharibəsində xalqımız tarixi Zəfərə imza atdı.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz qəhrəmanlıq göstərib, Ermənistan isə kapitulyasiya aktı imzalayıb və Kəlbəcər də bir güllə atmadan azad edilib. Kəlbəcərin qaytarılması həm xalqımızın sarsılmaz iradəsinin, həm də dövlətimizin güclü diplomatiyasının bariz göstəricisi olub. Bu hadisə dünyaya Azərbaycanın qətiyyətli mövqeyini, siyasi və hərbi gücünü açıq şəkildə nümayiş etdirib. Tarixi ədalət bərpa olunub, xalqımız isə öz doğma yurduna qalib xalq qüruru ilə qayıdıb. Dövlətimizin başçısı 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarını yada salaraq bildirib ki, o vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq: “Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də Ermənistanla sülh müqaviləsinin hazırlanması idi. Müqavilənin bütün bəndləri Azərbaycanın mövqeyinə əsaslanır və artıq proses yekun mərhələyə qədəm qoyub. Bu sənəd Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırır, həmçinin regionun geosiyasi xəritəsində yeni nəqliyyat dəhlizi açır. Xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolu və avtomobil yolunun çəkilməsi tarixi uğur kimi dəyərləndirilir.
Azərbaycan Prezidentinin səfəri çərçivəsində yeni yaşayış komplekslərinin təməli qoyulub. Birinci mərhələdə dörd böyük kompleksin inşası nəzərdə tutulur ki, bu da 10 mindən çox sakinin doğma şəhərinə qayıdışını təmin edəcək. Artıq şəhərdə elektrik, qaz, su xətləri çəkilib, yollar salınıb, minalardan təmizləmə işləri görülüb. Yeni məktəbin tikintisi davam edir, uşaqlar isə hələlik modul tipli məktəbdə dərslərini davam etdirəcəklər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlət kəlbəcərlilər üçün burada gözəl şərait yaradıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri qalib xalqın, müzəffər dövlətin, tarixi ədaləti bərpa etmiş ölkəmizin daha bir nailiyyəti idi. 32 ildən sonra doğma yurda qayıdan kəlbəcərlilər üçün həmin gün həyatın yeni başlanğıcıdır. Bir vaxtlar dağıdılmış şəhər və kəndlərin yerində bu gün müasir yaşayış kompleksləri, məktəblər, yollar, infrastruktur salınır. Kəlbəcər azadlıqdan sonra inkişafın, quruculuğun və Böyük Qayıdışın təcəssümünə çevrilir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2025