Novruzəli Aslanov: “Avaza Sammiti Azərbaycan, Özbəkistan və Türkmənistan arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə olacaq”
Tarix: 26-08-2025 | Saat: 10:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Çağdaş dünyada gedən proseslər, baş verən hadisələr yeni dünya düzəninin formalaşmasının həm də yeni təhdidlərlə xarakterizə olunan təzahürləri kimi qiymətləndirilməlidir. Təbii ki, bu təhdidlər qarşısında xüsusilə də zəngin təbii sərvətləri olan ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün zəruri addımlar atmalıdırlar. İqtisadiyyatın gücləndirilməsi, bu əsasda hərbi qüdrətin artırılması hər bir ölkənin öz müstəqilliyini təmin edə bilməsi üçün tələb olunan zəruri şərtlərdəndir. Eyni zamanda da dost ölkələrlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və bu əsasda sağlam müttəfiqlik münasibətlərinin qurulması da hər bir dövlətin xarici təhdidlər qarşısında özünümüdafiə imkanlarını artıran tədbirlər kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında Türk dövlətlərinin bundan sonra daha çox bir-birilərinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərmələrinin, siyasi, iqtisadi, elmi-texnoloji və humanitar sahələrlə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıqlarını fəallaşdırmalarının vacibliyini hər zaman önə çəkir. Bu baxımdan cari ilin 22 avqust tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü də Azərbaycan, Özbəkistan və Türkmənistan arasında əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə əhəmiyyətli töhfə olacaq.”
Bu fikirləri aia.az -a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Fikirlərini davam etdirən millət vəkili Türkmənbaşı Sammitinin gedişində nəqliyyat və daşımalar kimi strateji əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan kimi Türkmənistan və Özbəkistan da şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına ciddi əhəmiyyət verir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə çalışırlar. Məhz buna görə də müzakirələrin gedişində həm bugünkü imkanlar nəzərə alınaraq, həm də gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsi ətraflı nəzərdən keçirilib. Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri layihələri üçtərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda müntəzəm dialoq və iş aparmaq barədə razılığa gəliblər. Türkmənbaşı Zirvə Görüşünün gedişində imzalanmış Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, həmçinin Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu da bu sahədə mövcud olan potensialların daha səmərəli şəkildə həyata keçirilməsinə möhkəm zəmin olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2025