Mobil versiya
Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır - Vuçiç
Tarix: 26-08-2025 | Saat: 08:38
Bölmə:Dünya | çapa göndər

Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır -

Avropa İttifaqına (Aİ) qoşulmaq Serbiyanın əsas xarici siyasət məqsədi olaraq qalır.

aia.az-ın məlumatına görə, bu barədə “Euronews” telekanalına müsahibəsində respublika prezidenti Aleksandr Vuçiç bildirib.

A.Vuçiç vurğulayıb ki, Serbiya Avropaya inteqrasiya istiqamətində öz kursunu davam etdirəcək və lazımi islahatları davam etdirəcək.

"Nə qədər ki, mən ölkəyə rəhbərlik edirəm, Serbiya Avropa yolunda möhkəm, sadiq və lazımi islahatları həyata keçirmək əzmində qalacaq", - deyə Serbiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük prioritet olaraq qalır, çünki "ölkənin yeri məhz ordadır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2025