Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan, Türkmənistan və Öbəkistan yeni regional əməkdaşlıq formatı yaradırlar”
Tarix: 25-08-2025 | Saat: 23:06
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan, Türkmənistan və Öbəkistan yeni regional əməkdaşlıq formatı yaradırlar”

“Azərbaycanın həm Türkmənistan, həm də Özbəkistnla qarşılıqlı münasibətlərinin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Həmçinin Azərbaycan və Türkmən xalqlarını da birləşdirən əsas amil dil və din eyniliyidir. Ayrıca olaraq, Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Həmçinin unutmaq lazım deyil ki, hər üç dövlət uzun illər ərzində SSRİ-nin tərkibində müttəfiq respublikalar kimi mövcud olublar. Bu baxımdan 2025-ci il 22 avqust tarixində Türkmənbaşı şəhərində keçirilmiş Türkmənistan, Azrbaycan və Özbəkistan ölkə rəhbərlərinin Zirvə Görüşü xüsusi əhəmiyyət kəsb edən bir hadisədir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat qeyd edib ki, Türkmənistanda imzalanan dövlətlərarası sənədlər üç dost və qardaş ölkənin bundan sonra da qarşılıqlı əlaqələrini genişləndirmək və inkişaf etdirmək əzmini bir daha təsdiq edib: “Məlum olduğu kimi Türkmənbaşı Sammitinin nəticəsi olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, eləcə də Azərbaycan, Özbəkistan və Türkmənistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlər imzalanıb. Aydındır ki, bu sənədlərdən irəli gələn öhdəliklərin icrası təkcə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə deyil, eyni zamanda da Şərq-Qərb dəhlizinin logistik imkanlarını daha da artırmaqla bütün Avrasiya məkanı ölkələrinin maraqlarına xidmət edəcək. Əlbəttə ki, imzalanan sənədlər arasında Türkmənistanın Arxadağ və Azərbaycanın Füzuli şəhərlərinin qardaşlaşma sənədi xüsusi maraq doğurur. Cənab Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bu, əslində, ölkələrimizin və xalqlarımızın qardaşlığının rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.”

Fikirlərini davam etdirən Göydəniz Qəhrəmanov cənab Prezident İlham Əliyevin mtbuata bəyanatla etdiyi çıxışında mühüm məqamların yer aldığını diqqət mərkəzinə çəkib: “Azərbaycanın xarici siyasətində türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman prioritet istiqamət olub. Bu baxımdan cənab Prezident İlham Əliyevin bəyanatında ölkəmizin bir çox məsələlərə yanaşma baxımından Türkmənistan və Özbəkistanla mövqe eyniliyinə malik olmasına dair yer alan açıqlamalar mühüm önəm daşıyır. Möhtərəm dövlət başçımız bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını getdikcə genişləndirəcək. Cənab Prezident Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisini, Xankəndində Özbəkistanın inşa etdiyi və hazırda fəaliyyət göstərən tikiş fabrikini, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbi xatırladaraq bütün bunların xalqlarımız arasında səmimi dostluğun və sarsılmaz qardalığın bariz təcəssümü olduğunu vurğuladı. Bütün bu baş verənlər bir daha belə deməyə əsas verir ki, bu gün biz hamımız bölgədə yeni və çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatının yaradılmasının şahidləriyik” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025