Yunanıstanda yanğınlar səbəbindən çox sayda yaşayış məntəqəsi boşaldılıb
Tarix: 12-08-2025 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Yunanıstanın müxtəlif bölgələrində baş verən meşə yanğınları səbəbindən bir çox yaşayış məntəqəsi boşaldılıb.
Yanğınsöndürmə idarəsindən verilən açıqlamaya görə, səhər saatlarında Zakintos adasının Lithakia, Aqalas və Koilomeno kəndləri arasında başlayan yanğın sürətlə yayılıb.
Yunanıstanın müxtəlif bölgələrində meşə yanğınları başlayıb.
Alov Ağalas və Keri yaşayış məntəqələrinə yaxınlaşdıqca 112 Təcili Yardım xətti vasitəsilə təxliyə xəbərləri göndərilib. Aqalas və Keridəki evlər, iş yerləri və otellər təxliyə edilib.
Ahaia əyalətinin Erymanthos rayonunun Flogeraika ərazisində baş verən yanğınla əlaqədar Kamenitsa, Loukisa, Ahaiko, Didacheika, Alissos və Spalairieika qəsəbələrinin sakinlərinə 112 qaynar xətti vasitəsilə Kato Ahaia'ya getməyə çağırılıb.
Prevezenin Gymnotopos bölgəsində baş verən yanğınla əlaqədar Kerasona istiqamətində təxliyə çağırılıb və bələdiyyənin bölgədə fövqəladə vəziyyət elan edilməsi üçün müraciət etdiyi bildirilir.
Sakız adasında Halandra bölgəsində baş verən yanğınla əlaqədar Pispilounta və Nea Potamia yaşayış məntəqələri boşaldılıb.
Quru və hava qüvvələrinin yanğınları nəzarət altına almaq üçün səylərini davam etdirdiyi, güclü küləklərin müdaxiləni çətinləşdirdiyi qeyd edilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2025