Mobil versiya
Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB - RƏSMİ
Tarix: 12-08-2025 | Saat: 17:11
Bölmə:Ölkə | çapa göndər

Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb -

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

aia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - məlumatda vurğulanıb.

***

13:20

Biləsuvar rayonunda yerləşən Mahmudçala ovçuluq təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

aia.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025