Mobil versiya
Azərbaycanda son yeddi ayda 40-a yaxın insanı çaqqal dişləyib
Tarix: 12-08-2025 | Saat: 17:05
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda son yeddi ayda 40-a yaxın insanı çaqqal dişləyib

Azərbaycanda bu ilin yanvar-iyul aylarında heyvan hücumu nəticəsində 27 min 476 nəfər xəsarət alıb.

aia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 69,8 %-ni (19 176 nəfər) it dişləyib. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb.

"Zərərçəkənlərin hamısına quduzluq əleyhinə peyvənd vurularaq tibbi nəzarətə götürülüb. Cari ilin eyni dövründə insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb", - məlumatda vurğulanıb.

Xatırladaq ki, sonuncu dəfə avqustun 10-da Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edərək 3 nəfəri dişləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025