"Biz bu qürurlu tarixin şahidləri olduq" - DEPUTAT
Tarix: 12-08-2025 | Saat: 14:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin daha da irəlilədilməsi və regiona sülhün və əməkdaşlığın gəlməsi baxımından çox əhəmiyətli oldu. Dövlət başçımızın səfər gündəliyi keçirilmiş görüşlər və imzalanmış sənədlər baxımından çox zəngin idi.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçımızın Donald Trampla keçirdiyi ikitərəfli görüşün tarixi əhəmiyyəti oldu. 1992-ci ildə Azərbaycan işğala məruz qalmasına baxmayaraq, işğalçı kimi qələmə verilərək ABŞ "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş etməklə ölkəmizə qarşı sanksiya tətbiq etmişdi: "İlham Əliyevlə Donald Trampın görüşü zamanı bu düzəlişin tədbiqinin dayandırılması ilə bağlı sənəd imzalandı. Bu həm də Azərbaycanla ABŞ münasibətlərinin gələcək konturlarının müəyyən edilməsi baxımından çox əhəmiyyətli addım idi. Dövlət başçılarının imzaladığı "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" isə ölkələrarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutmaqla, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın hüquqi bazasının yaradılması üçün yeni sənədlərin hazırlanmasına yol açır. İşçi qrup 6 ayda yeni sənədlərin imzalanması üçün iş aparacaq və hesab edirəm ki, dövlət başçılarının növbəti görüşündə Azərbaycan-ABŞ arasında əməkdaşlığın hüquqi bazası daha da genişləndiriləcək".
Deputat vurğulayıb ki, Donald Trampın Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi tarixi hadisə oldu. Tramp bu açarı çox nadir hallarda təqdim etdiyini bildirdi. Bu həm də Azərbaycan-ABŞ münasibətlərində açılan yeni bir səhifənin açarı idi. Prezident İlham Əliyev və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və "ExxonMobil" şirkəti arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsində yeni imkanlar açacaq. "Dövlət başçımızın ABŞ səfəri həm də Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülhə gedən yolun dönməz və qısa olmasını şərtləndirdi. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri olan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət göndərildi. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanmasından sonra Birgə Bəyanat imzalandı. Bu bəyanatla regionumuza sülhün gəlməsi təsdiqlənmiş oldu. Vaşinqtonda yüksəksəviyyəli bu görüş olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların aparılmasının müddəti uzana bilərdi", - deyə A.Badamov bildirib.
Onun sözlərinə görə, görüşün əhəmiyyətli tərəflərindən biri Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adı altında açılmasının təsdiq olunmasıdır. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunacaq. ABŞ "Tramp marşrutu"na sərmayə qoyulmasına başlayacaq və yaxın dövrdə bu yolun açılışının şahidi olacağıq.
Deputat qeyd edib ki, ölkə rəhbərlərinin Vaşinqton görüşü ilə uzun sürən münaqişəni sonlandırılmış hesab etmək olar: "Burada ən çox diqqəti cəlb edən məqamlardan biri Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə bəyan etdiyi mövqeyinin dəyişilmədən həyata keçirilməsidir. Danışıqlar prosesi 5 ilə yaxın davam etdi. Bu 5 ildə dövlət başçımızın bildirdiyi məsələlərə heç bir dəyişiklik edilmədən hədəfə nail olundu. Döyüş meydanında əldə etdiyimiz qələbəni siyasi meydanda təsdiq etdirdik. Bu, çox böyük nailiyyətdir və dövlətçilik tariximizə qızıl hərflərlə qeyd olunacaq. Gələcək nəsillərimiz yaşadığımız bu tarixi kitablardan oxuyacaqlar və fərəhlənib fəxr edəcəklər. Nə yaxşı ki, biz bu qürurlu tarixin şahidləri olduq".
A.Badamov deyib ki, 8 avqust 2025-ci il, həqiqətən, qürurverici bir tarixdir. Görüşün sonunda 35 illik münaqişəyə son qoyulmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Sülh Komitəsinə Trampa Sülh Mükafatının verilməsi üçün birgə müraciət göndərilməsi təklifinin səsləndirilməsi də görüşün yaddaqalan və unudulmaz anı oldu. Zamanında edilən hər bir diplomatik jest dövlətlərarası münasibətlərin gələcəyinə öz təsirini göstərir.
Ə.QARDAŞXANOVA
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2025