Mobil versiya
Trampın İlham Əliyev və Paşinyanla görüşünün SAATLARI
Tarix: 08-08-2025 | Saat: 09:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Trampın İlham Əliyev və Paşinyanla görüşünün

ABŞ Prezidenti Donald Tramp bu gün - avqustun 8-də Ağ Evdə Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli, ardınca üçtərəfli görüş keçirəcək.

aia.az modern.az-a istinadla xəbər verir ki, Ağ Ev görüşlərin cədvəlini açıqlayıb.

Ağ Evin rəsmi cədvəlinə əsasən, görüşlər belə planlaşdırılıb:

- 14:30 (Bakı vaxtı ilə saat 22:30): Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayır.

- 14:35 (Bakı vaxtı ilə saat 22:35): Tramp və Paşinyan arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.

- 15:05 (Bakı vaxtı ilə saat 23:05): Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi keçirilir.

- 15:10 (Bakı vaxtı ilə saat 23:10): Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayır.

- 15:15 (Bakı vaxtı ilə saat 23:15): Tramp və İlham Əliyev arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.

- 15:45 (Bakı vaxtı ilə saat 23:45): Tramp və İlham Əliyev arasında sənəd imzalanır.

- 16:15 (Bakı vaxtı ilə saat 00:15): Tramp, İlham Əliyev, Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir.

Dövlət Departamentinin cədvəlinə görə, dövlət katibi Marko Rubio Tramp və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüşə və üçtərəfli imzalanma mərasiminə qatılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2025