Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib. -Fotolar
Tarix: 07-08-2025 | Saat: 16:29
Bölmə:Ölkə | çapa göndər

Nəsimi rayon İcra Hakimiyyətində şəhərsalma fəaliyyəti sahəsində görülən işlər, qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının, qanunsuz küçə ticarətinin qarşısının alınması, ərazinin normal sanitar vəziyyətinin təmin olunması ilə bağlı İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
aia.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Rayon Bələdiyyəsinin, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Mənzil Kommunal İstismarı Sahələrinin rəhbərləri iştirak etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edərək, şəhərsalma sahəsində verilmiş tapşırıqların icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən ərazilərdə qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunması, küçə ticarətinin, yaşılllıqlara ziyan vurulması hallarının qarşısının alınması, yay mövsümünü nəzərə almaqla normal sanitar vəziyyətin təmin edilməsi istiqamətində lazımi nəzarətin gücləndirilməsinin vacibliyini bildirdi.
RİH başçısının müavini Ramiz Quliyev Rayon ərazisində qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumların əməkdaşları ilə birgə mütəmadi monitorinqlərin aparıldığını, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti işinin daha səmərəli təşkili məqsədi ilə verilmiş tapşırıqların operativ və məsuliyyətlə icrasının təmin edilməsinin zəruriliyini qeyd etdi.
Digər çıxış edənlər – Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov, RİH başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Nuru Əhmədov qaldırılan məsələlərlə bağlı görülən işlər barədə məlumat verdilər və bütün qüvvələrin səfərbər olunaraq verilən tapşırıqların icrasına məsuliyyətlə yanaşılacağını bildirdilər.
Müşavirədə rayon ərazisində görüləcək işlər bir daha müəyyənləşdirilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verildi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər