Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü
Tarix: 28-07-2025 | Saat: 09:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda dəhşətli qətl hadisəsi baş verib.
aia.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.
1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-07-2025
12:05 Aptekdən oğurluq etdi