Ana Sayfa > Manşet / Ölkə > Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü
Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldüBu gün, 09:45. Yazar: sevinc1 |
![]() Bakıda dəhşətli qətl hadisəsi baş verib. aia.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib. Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub. 1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. aia.az Geri dön |