Pərviz Səfərov: "Təhsili pisləmək yox, töhfə vermək lazımdır"
Tarix: 28-07-2025 | Saat: 14:34
Bölmə:Gündəm | çapa göndər

Son dövrlər müasir əmək bazarının formalaşmasında peşə təhsilinin aktuallığı artmışdır. Əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsində müəyyən peşələrə ehtiyac duyulur. Bu həm də əhalinin işlə təmin olunması deməkdir. Burada yüksək peşə, texniki peşə, ilkin peşə təhsilini bitirən məzunlar sənaye tikinti, səhiyyə, ictimai iaşə, turizm, neft-qaz və digər sahələrdə çox rahat iş tapırlar.
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin hüquqşünası Pərviz Səfərovla görüşüb bu mövzuda bizi düşündürən suallara cavab axtardıq.Qeyd edim ki,Pərviz müəllim uzun illərdir ki,bu sahədə calışır.
-Pərviz müəllim siz ESBPTM-də çalışırsınız və bu günki peşə təhsili nə dərəcədə aktualdır?
-Peşə təhsili, Azərbaycan Təhsil sisteminin bir hissəsi olaraq son dövr böyük inkişaf yolundadır. Belə ki, ölkəmizdə 78 peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Burada 152 ixtisas üzrə tələbə müəyyən ixtisaslara yiyələnir. Əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunmasında peşə təhsilinin müstəsna rolu vardır.
-Yəni siz deyirsiz cəmiyyətdə maraq var ki, peşə məktəblərinə gəlib təhsil almaq istəyirlər, məsələn ən çox əhalinin hansı təbəqəsindən daha çox müraciətlər olur, orta məktəbi yaxşı oxumayanlar çoxluq təşkil edirmi?
-Son dövrlər orta məktəbi bitirənlər hətta ali təhsilli olan vətəndaşlar da yenidən peşə təhsili almaq üçün müraciət edirlər, qəbul olub müəyyən peşə sahibi olurlar. Ona görə ki, yeni peşə sahibi olub rahat iş tapırlar.
-Qəbulla bağlı fikirlərinizi bildirərdiniz.
-Peşə məktəbərini qəbul attestat balları ilə müəyyən olunur və elektron formada sənəd qəbulu aparılır. Hər il Peşə təhsilinə maraq artır. Hal-hazırda bu ilki 2025-2026 tədris ili üçün 32620 plan yeri nəzərdə tutulur.
-Yeni peşə ixtisasları bu ilin qəbul planında əksini necə tapıb?
- Bəli yeni texnoloji, müasir, peşə ixtiasları da bu ilin qəbul planında öz əksini tapıb.
-İxtisaslar üzrə Peşə təhsili dövlət hesabına və ya ödənişli əsaslarla olur?
-Müəyyən ixtisaslar dövlət hesabına, müəyyən ixtisaslar ödənişli olur.
-Bu yaxınlarda təhsil üzrə ekspertlərdən biri sosial şəbəkə hesabında peşə təhsilində ödənişlərin çox olmasını, əlçatan olmamasını vurğulayaraq bunun nəticəsinin yaxşı olmamasını bildirmişdir. Həqiqətən də ödənişlər çoxdurmu? Bu ödənişlər hara sərf olunur?
-Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin bütün əməkdaşları üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirirlər.Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun təşkilatçılığı ilə məşğulluğun təmin olunması üçün qısa müddətli kurslar təşkil olunur ki, əmək qabiliyyətli əhalinin işlə təmin olunması həyata keçirilsin.Ötən il 1050 nəfər vətəndaşımız bundan yararlanıb və işlə təmin olunub.Adlarını təhsil eksperti qoyanlar nə işlər görüb onu izah etsinlər. Ceyhun müəllim islahatçı direktordur. Bu ödənişlər müasir laboratoriya və emalatxanaların, yeni dərs vəsaitlərinin hazırlanması, bu ixtisaslar üzrə peşəkar pedaqoji işçilərin cəlb olunması sahələrinə xərclənir. Peşə təhsilini inkişaf etdirmək əmək qabiliyyətli əhalinin işlə təmin olunmasına töhfə verir. Bu sahədə hal-hazırda çox böyük uğurlarımız vardır. Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Peşə təhsilini yüksək səviyyədə inkişaf etdirir. Bu yolda Ceyhum müəllimə uğurlar arzulayıram.
Çox sağ olun Pərviz müəlim.Biz də Sizə uğurlar arzulayırıq.
Asiman Oğuz
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-07-2025