Mobil versiya
"Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq proqram hazırlayırıq" - Muxtar Babayev
Tarix: 04-06-2025 | Saat: 10:37
Bölmə:Siyasət | çapa göndər

"Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq proqram hazırlayırıq" -

COP29 uğurla həyata keçirildi, ortada çoxlu ambisiya vardı. Ancaq yeni çətinliklər ortaya çıxıb. Bəzi ölkələr bir qədər fərqli siyasət yürüdür.

aia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Мuxtar Babayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, xüsusilə ABŞ-ın iqlim müzakirələrindən geri çəkilməsi bu prosesə müəyyən təsirini göstərir.

“Ancaq digər ölkələr, xüsusilə donor ölkələr indi Bakıda vəd etdikləri üzrə artıq hazırlıq işlərinə başlayıblar. COP29 tarixi bir nəticə oldu və 300 milyard dolların toplanmasına başlandı. Çox böyük uğurlar əldə edilib. Azərbaycan Braziliya komandası ilə birlikdə 1,3 trilyon dollarlıq proqramı hazırlayır. Söhbət COP29-da qəbul olunan 300 milyard dollarlıq vəsaiti 1,3 trilyona qədər artırmaqdan gedir. Biz müəyyən etməliyik ki, hansı əlavə maliyyələşdirmə kanalları var və iqlim dəyişikliyi üçün nə edilə bilər. Təkcə donorlar və istehlakçılar nəzərdə tutulmur, həmçinin cənub əməkdaşlığına baxmalıyıq. Bu, bizim üçün çox vacib bir dövrdür, kifayət qədər intensiv və mürəkkəbdir. COP29-da imzalanan sazişlər özəl sektorlara böyük qapılar açdı. Bu resursları necə səfərbər edəcəyimiz üzərində işləyirik. Həmçinin beynəlxalq maliyyə institutları və özəl sektorla birlikdə intensiv işləyirik ki, onları səfərbər edək”,- deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025