Mobil versiya
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin əməkdaşlarının məqalələri dərc olunub
Tarix: 05-06-2025 | Saat: 15:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin əməkdaşlarının məqalələri dərc olunub

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyiinsan hüquqları sahəsində yalnız maarifləndirmə vəhüquqi dəstək fəaliyyəti ilə deyil, eyni zamanda, elmitədqiqat və beynəlxalq elmi əməkdaşlıqlarda da aktivşəkildə iştirak edir. Mərkəzin əməkdaşları tərəfindənson dövrdə təqdim olunan elmi məqalələr vəbeynəlxalq simpoziumlarda iştirak bu istiqamətdəatılan addımlardandır.

24 aprel 2025-ci il tarixində Türkiyənin Balıkesir şəhərində keçirilmiş “5’inci İdare Hukuku ve İdari Yargı” adlı beynəlxalq simpoziumda Mərkəzin İdarə Heyətinin sədri hüquq elmləri doktoru, professor Əmir Əliyev, İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva və hüquqşünas köməkçisi Zeynalabidin Hüseynov “Azərbaycanda torpaq idarəçiliyinin hüquqi əsasları” mövzusunda tezislə çıxış etmişlər. Konfransa təqdim olunmuş tezis materialı dərc olunub.

Mərkəzin İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevanın Mərkəzin hüquqşünası Zərrin Əliyeva ilə birgə həmmüəllif olduğu “Ombudsman təsisatının fəaliyyətinə dair hüquqi tənzimləmələr: müxtəlif dövlətlər üzrə müqayisəli təhlil” adlı elmi məqalə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-1-ci sayında dərc olunub. Məqalədə başlıca məqsəd kimi müxtəlif dövlətlərin ombudsman təsisatına dair hüquqi tənzimləmələrinin müqayisəli təhlili qarşıya qoyulmuşdur. Həmçinin Mərkəzin hüquqşünas köməkçisi Zeynalabidin Hüseynovun müəllifi olduğu “Hüquq texnologiyaları və onların vəkillik sahəsinə inteqrasiyası” adlı elmi məqalə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2024-2-ci sayında dərc olunub. Məqalədə rəqəmsal hüquq texnologiyalarının vəkillik institutuna təsiri və onların tətbiqi perspektivləri araşdırılıb.
Eyni zamanda, Mərkəzin hüquqşünas köməkçisi Camal Əliyev 10 aprel 2025-ci il tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş “ІІ Міжнародна науково-практична конференція: Публічна влада в умовах режиму воєнного стану: виклики, рішення, європейський вектор” adlı beynəlxalq elmi-praktik konfransda Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli ilə birgə “State support and stimulation of agriculture in Azerbaijan” adlı elmi tezisi ilə çıxış edib. Tezis artıq konfrans materialları toplusunda dərc olunub.

Bundan əlavə, Camal Əliyevin hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı və Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli ilə birgə həmmüəllif olduğu “Sağlam ətraf mühitdə davamlı inkişaf: beynəlxalq hüquqi əsaslar” adlı məqaləsi “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-1-ci sayında dərc olunub. Məqalədə ekoloji hüquqların qorunması və davamlı inkişafın beynəlxalq hüquqi çərçivəsi geniş təhlil edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə