Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı
Tarix: 05-06-2025 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

MDB ölkələri təhlükəsizlik və müasir çağırışlar və təhdidlərlə mübarizə sahəsində əməkdaşlığı genişləndirməlidir.
aia.az xəbər verir ki, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun MDB ölkələrinin hökumət başçıları ilə görüşündə müzakirə olunan mövzulardan biri olub.
Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.
Tacikistan Prezidentinin saytında dərc olunmuş məlumata görə, o, Düşənbənin davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə MDB çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb.
Rəhmon həmçinin iqtisadiyyat, ticarət, sənaye, energetika, aqrar-sənaye kompleksi, innovasiyalar və rəqəmsallaşma kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Bu baxımdan ticari-iqtisadi əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin bütün regionun inkişafında mühüm rol oynadığı vurğulanıb.
Bundan başqa, görüş iştirakçıları ətraf mühitin mühafizəsi məsələlərində ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin, qlobal problemlərin həllində bir-birinin təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd ediblər.
Tacikistan Prezidenti həmçinin 2030-cu ilədək MDB-nin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin fəal şəkildə icrasına çağırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025