Mobil versiya
MDB Hökumət Başçılarının iclası keçirilir
Tarix: 05-06-2025 | Saat: 10:35
Bölmə:Dünya | çapa göndər

MDB Hökumət Başçılarının iclası keçirilir

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.

aia.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir. Ənənəvi olaraq, Şura üzvləri əvvəlcə MDB çərçivəsində iqtisadi əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparacaqlar.

MDB ölkələrinin baş nazirləri həmçinin geniş tərkibdə aşağıdakı layihələri müzakirə edəcəklər: Ağır maşınqayırmanın inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş, Yüngül sənaye sahəsində əməkdaşlığın inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə tədbirlər planı, MDB iştirakçısı olan dövlətlərin milli hava hərəkətini idarəetmə sistemlərinin uyğunlaşdırılması Konsepsiyası.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə