Mobil versiya
Gürcüstanın baş naziri 2030-cu ildə Aİ-yə daxil olmağa hazır olduğunu bəyan edib
Tarix: 05-06-2025 | Saat: 13:36
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın baş naziri 2030-cu ildə Aİ-yə daxil olmağa hazır olduğunu bəyan edib
Gürcüstan 2030-cu ilə qədər Aİ üzvlüyünə digər ölkələrlə müqayisədə daha çox hazır olacaq.
RİA Novosti xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

"Məqsədimiz 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaqdır, ədalətli yanaşma təmin olunarsa, bu, tamamilə mümkündür. 2030-cu ildə Gürcüstan Aİ-yə daxil olmağa ən çox hazır olan ölkə olacaq", - Kobaxidze bildirib. Onun sözlərinə görə, respublikanın Aİ-yə daxil olması bir şərtlə baş tutacaq ki, “ədalətli yanaşma” tətbiq edilsin və bu məqsəd ölkə Konstitusiyasında öz əksini tapsın.

Kobaxidze bir qədər əvvəl bildirib ki, Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Mersin gürcü xalqını Müstəqillik günü münasibətilə təbrik edən və Gürcüstan hakimiyyətinin vətəndaş cəmiyyətinə, mediaya və opponentlərə qarşı hərəkətlərini pisləyən məktub Avropa liderləri arasında etiketin olmamasından danışır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə