Veysəloğlu Şirkətlər Qrupu ADA Universiteti ilə yeni liderlik inkişaf proqramına start verdi -Fotolar
Tarix: 05-06-2025 | Saat: 17:18
Bölmə:Ölkə | çapa göndər

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) və ADA Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində növbəti təlim-tədris və liderlik inkişaf proqramına start verilib. Proqramın əsas məqsədi şirkətin rəhbər heyətinin liderlik bacarıqlarını daha da inkişaf etdirməkdir.
Tədbirin açılışını həyata keçirən ADA Universitetinin Akademik İşlər üzrə Prorektorunun Müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında ADA Universitetinin ölkə təhsilinin inkişafına verdiyi töhfələrdən və bu ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərdən bəhs edib. Hacıyeva statistik məlumatlarla çıxış edərək universitetin həm özəl, həm də dövlət qurumları ilə həyata keçirdiyi müxtəlif təlim və inkişaf layihələrinə diqqət çəkib.
Aygün Hacıyeva Veysəloğlu–ADA tərəfdaşlığının əhəmiyyətinə xüsusi yer ayıraraq, həyata keçirdikləri liderlik proqramlarının şirkətin insan kapitalına verdiyi strateji dəyəri vurğulayıb. O bildirib ki, bu təşəbbüs rəhbərlərin idarəetmə, strateji düşüncə və liderlik bacarıqlarının inkişafı üçün unikal imkanlar yaradır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025