Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”
Tarix: 05-06-2025 | Saat: 11:11
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-1 | çapa göndər

ƏVVƏLİ BURADA
Bugünkü buraxılışımızda son bir neçə ay ərzində regional və qlobal müstəvilərdə müzakirə olunan və Azərbaycanın milli mənafelərinə bu və ya digər formada təsiri baxımından önəm kəsb edən məsələlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Amma Azərbaycan-Macarıstan əlaqələri təkcə ölkələrimizin deyil, eyni zamanda da bir çox Avropa ölkələrinin milli mənafeyləri baxımından çox önəmli amil kimi çıxış edir. Bu barədə nə deyə bilərsiz?
- Əlbəttə ki, Macarıstan və Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məhz buna görə də iki ölkənin rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Macarıstan TDT-nın tamhüquqlu üzvü deyil və yalnız müşahidəçi ölkə statusuna malikdir. Bununla belə, bu ölkə Təşkilatın Zirvə toplantısına ev sahibliyi etdi. Bu faktın özü bir daha Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olması ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin obyektivliyini təsdiq edir. Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin bir məsələdir. Çünki bir çox qaydalar və oturuşmuş prinsiplər mövcuddur. Avropa İttifaqının vahid xarici siyasət xətti də gözlənilməsi mütləq şəkildə tələb olunan prinsiplərdən biridir. Lakin bütün bunlara baxmayaraq Macarıstanın dövlət siyasətində məhz milli maraqların üstün tutulması təqdirəlayiq haldır. Azərbaycan və Macarıstanın uzun illər ərzində apardıqları uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox əlverişli şərait yaradıb. Hazırda Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, bu yanacağı digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərir.
- Eldar müəllim, TDT-nin Budapeşt Sammitinin önəmli nəticələrindən biri də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Prezidentləri və TDT-nin Baş katibi tərəfindən birgə Bəyannamənin imzalanması oldu. Bu tarixi sənədin əhəmiyyətini necə şərh edərdiniz?
- Həqiqətən də 71 bənddən ibarət olan birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edən bir sənəddir. İlk növbədə çox mühüm məqamlardan biri kimi bunu göstərmək lazımdır ki, Bəyannamədə Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşması prosesinə türk xalqları irsinin əhəmiyyətli təsiri qeyd olunub. Eyni zamanda da sənəddə müasir Türk dövlətlərinin bu gün dünyada gedən siyasi, iqtisadi və sosial tərəqqiyə misilsiz töhfələri, xüsusilə regional və qlobal sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rolu vurğulanıb. Dövlət başçıları TDT-nin institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna Təşkilatın sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Xüsusi olaraq Qırğız Respublikasının TDT-yə sədrliyi və Macarıstanın bu təşkilata üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzmi yüksək qiymətləndirilib. Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirərək, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayıblar. Əminliklə deyə bilərik ki, Budapeşt Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının dünya miqyasında aparıcı güc mərkəzlərindən birinə çevrilməsi məqsədinə çatmaq üçün atılmış növbəti mühüm addımlardan biridir.
- Elə bu mövzunun davamı olaraq, bir qədər əvvələ qayıtsaq, aprelin 9-da Bakıda, ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda etdiyi çıxışında da cənab Prezident İlham Əliyevin yeni dünyada Türk Dövlətləri Təşkilatının yeri və rolu barədə son dərəcə dəyərli fikirlər səsləndirdiyini görərik...
- Tamamilə sizinlə razıyam. Ümumiyyətlə etiraf etmək lazımdır ki, möhtərəm dövlət başçımızın irəli sürdüyü dəyərli təşəbbüslər hər zaman TDT-yə üzv ölkələrin inteqrasiyasına və birgə inkişafına xidmət edib. Təşkilata üzv ölkələr və onların rəhbərləri də Azərbaycan Prezidentinin bu istiqamətdəki fikirlərini bölüşür və yüksək qiymətləndirirlər. Bir çox hallarda məhz Azərbaycan Prezidentinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. Bu dəfə də cənab Prezident İlham Əliyev ADA Universitetindəki çıxışında yeni yaranan dünya düzənində TDT-nın mühüm aparıcı mövqelərə sahib olması üçün bütün imkanların mövcud olduğunu və belə bir tarixi fürsəti əldən qaçırmamaq üçün səyləri birləşdirmək və daha da artırmaq lazım olduğunu bir hədəf olaraq tam zamanında gündəmə gətirdi. Hər zaman olduğu kimi, öz fikirlərini inkarolunmaz dəlillərlə əsaslandıran cənab Prezident Avropa İttifaqından və digər qlobal siyasi biriliklərdən fərqli olaraq Türk Dövlətləri Təşkilatında milli-mənəvi dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə narazılıqların olmadığını vurğulayaraq, bunun unikal bir hal kimi böyük üstünlüklər verdiyini diqqətə gətirdi. Həqiqətən də təşkilata üzv ölkələrin yerləşdiyi böyük coğrafiyanı, əhali sayı və demoqrafik göstəriciləri, ən nəhayət hərbi imkanları nəzərə alsaq, TDT-nın ən azından Avrasiya məkanında mühüm qərarların qəbul ediləcəyi mərkəzə çevrilməsinə əslində heç bir ciddi, aradan qaldırılmayacaq əngəlin olmadığını görmək olar. Əlbəttə ki, bu məqsədə nail olmaqla planetimizin bu gün qurulan gələcəyinin daha firavan olmasına möhkəm zəmin yaratmaq mümkündür.
- Eldar müəllim, icazənizlə mən yenidən bu gün öz işini davam etdirən Bakı Enerji Həftəsinə dönmək istərdim. Azərbaycan COP29-a sədrlik edən ölkədir. Eyni zamanda da ölkəmiz bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyini məhz neft və qaz ehtiyatları hesabına təmin edir. Sizcə bu ilk baxışda ziddiyyətli iki mövqedən eyni zamanda necə çıxış etmək olur?
- Çox maraqlı və aktual sualdır. Amma deyim ki, Azərbaycan xüsusilə son iki onillik ərzində çox mümkünsüz hesab edilən nəticələrə nail olub. Maraqlıdır ki, cənab Prezident İlham Əliyev də öz çıxışında bu məqama xüsusi olaraq toxundu. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın COP29-la bağlı gündəliyi çox praqmatik idi və bu gündəlik populizm və ya yalançı narrativlər üzərində qurulmamışdı. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Buna görə də müəyyən addımları şərtləndirən meyillərə rəğmən zəruri balansın qorunması vacibdir və düzgün siyasətdir. Bəli, Azərbaycan təbii qazın hasilatının həcmini artırır. Çünki buna ehtiyacı olan dövlətlər var və ölkəmiz bu tələbatı ödəməlidir. Lakin buna paralel olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə yaşıl enerji layihələrinə də yatırım edir. Neft və qazla zəngin olan bir ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması isə təbii ki, bu ölkənin yüksək məsuliyyətini nümayiş etdirir. Cənab Prezident birmənalı olaraq bəyan etdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Ölkəmiz bu yaşıl enerji potensialı sayəsində özünün elektrik enerjisinə artan tələbatını təmin edəcək və bu əsasən bərpaolunan enerji hesabına həyata keçiriləcək. Bunun nəticəsində daha bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm də ixrac oluna biləcək. COP29-a gəlincə isə, bu tədbirin həqiqətən də uğurlu olduğu bu gün artıq heç kimdə şübhə doğurmur. Dövlət başçımızın dediyi kimi, COP29-un “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olunmaqla bağlıdır. Burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək lazımdır. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi. Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
Söhbətləşdi: Azər Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025