Mobil versiya
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında iştirak edir -Foto
Tarix: 04-06-2025 | Saat: 19:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında iştirak edir

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti tədbirdə iştirak edir.
Sessiyada çıxış edən Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib.
BƏT-in Azərbaycanın etibarlı sosial tərəfdaşı olduğunu qeyd edən Konfederasiya sədri ölkəmizin müstəqilliyinin ilk illərindən quruma üzv olduğunu, işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, qlobal dəyişikliklər, çağırışlar müəyyən çətinliklər də yaradır və mümkün risklərin qarşısının alınması üçün səylər birləşdirilməlidir. Süni intellektin, rəqəmsallaşmanın məşğulluğa, əmək bazarına təsirlərini qeyd edən Konfederasiya sədri BƏT tərəfindən yeni qlobal standartların qəbulunun işçilərinin hüquqlarının qorunmasında hüquqi baxımdan önəmini bildirib.

Tədbirdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin hüquqlarının qorunması, layiqli iş şəraitinin təmin olunması istiqamətində bundan sonra da səylərini davam etdirəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025