Mobil versiya
YAP Sədrinin müavini Tahir Budaqov ICAPP Daimi Komitəsinin 43-cü iclasında iştirak edib -Foto
Tarix: 31-05-2025 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP Sədrinin müavini Tahir Budaqov ICAPP Daimi Komitəsinin 43-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 30-da “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının ev sahibliyi ilə Rusiyanın Perm şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 43-cü iclasında iştirak edib.

Tədbiri giriş nitqi ilə açan ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq DK-nın 42-ci iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salıb, görülən işləri diqqətə çatdırıb.

İclas iştirakçıları Özbəkistanın hakim Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal-Demokratik Partiyası və ölkənin ikinci böyük partiyası olan Özbəkistan Milli Dirçəliş Demokrat Partiyasının Daimi Komitənin üzvlüyünə qəbul edilməsi məsələsini dəstəkləyiblər.

İclasda çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ICAPP DK-nın 44-cü iclası və təşkilatın nəzdindəki qurumlardan birinin növbəti tədbirinə Yeni Azərbaycan Partiyasının ev sahibliyi etməsi ilə bağlı ICAPP rəhbərliyinin müraciətinin müsbət qarşılandığını qeyd edərək ICAPP üzvlərini 2025-ci il 16-19 oktyabr tarixlərində Bakıda keçiriləcək DK-nın 44-cü və Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarında iştiraka dəvət edib.

İclasda daha sonra qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025