Qərb Rusiya ilə bağlı gözlənilməz açıqlama verdi
Tarix: 30-05-2025 | Saat: 22:42
Bölmə:Özəl | çapa göndər

Aİ-nin Rusiya iqtisadiyyatını sanksiyalar təzyiqi ilə sarsıtmaq planı iflasa uğrayıb. Bu barədə jurnalist Tomas Fazi X səhifəsində məlumat verib.
O, 2022-ci ilin fevralından başlayaraq ABŞ və Aİ-nin Rusiyaya qarşı “müasir tarixin ən sərt sanksiyaları rejimini” tətbiq etdiyinə və bununla da 2014-cü ildə tətbiq edilən əvvəlkini daha da pisləşdirdiyinə diqqət çəkib.
"Bəyan olunmuş məqsəd "Rusiya iqtisadiyyatını diz çökdürmək", ölkəni qlobal iqtisadi sistemdən təcrid etmək, onun müharibə səylərini dəstəkləmək qabiliyyətini sarsıtmaq və nəhayət, Rusiyada rejim dəyişikliyinə kömək etmək idi. Üç ildən çox vaxt keçdikdən sonra planın uğursuzluğa düçar olduğu aydındır", - Fazi yazıb.
Onun sözlərinə görə, Rusiya nəinki “yıxılmadı”, həm də ticarətin Asiya və BRİKS ölkələrinə istiqamətləndirilməsi ilə ticarət profisitini artırdı. Fazi qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edən Aİ ölkələrində tamamilə fərqli vəziyyət müşahidə olunur. "Dəyərləri və demokratiyanı müdafiə etməkdə vahid və qətiyyətli Aİ-nin povesti sanksiyaların milli iqtisadiyyatları Vaşinqtonun və Qərbi Avropa elitasının iradəsinə tabe etdirməsinə xidmət etdiyi sərt reallıq qarşısında iflasa uğradı", - o əlavə edib.
Fazi hesab edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi sosial xərclərin azaldılmasına, kütləvi işsizliyə və daha avtoritar idarəçiliyə keçidə haqq qazandırmaq üçün istifadə olunur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-05-2025
30-05-2025