Mobil versiya
MDB iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının videokonfrans formatında iclası keçirilib -Foto
Tarix: 30-05-2025 | Saat: 14:56
Bölmə:Parlament | çapa göndər

MDB iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının  videokonfrans formatında  iclası keçirilib

Mayın 30-da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının (MDB GPA) videokonfrans formatında 24-cü iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib.

Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025