Allahın ən əziz qonağı: Hacı Mirsultan Ağa
Tarix: 30-05-2025 | Saat: 12:10
Bölmə:Ölkə | çapa göndər

Dördüncü İmam Zeynülün şəcərəsindən olan Hacı Mirsultan Ağanı hamımız yaxşı tanıyırıq. Müqəddəs məzarı Məkkənin müqəddəs torpaqlarında yerləşir. Biləsuvarın Əsgərabad kəndindəki ziyarətgahı isə daim ümid və şəfa məkanıdır—ora üz tutan heç kim naçar, ümidsiz geri dönmür. Göydə Allah, yerdə Ağanın Peyğəmbərinin cəddi—neçə-neçə ümidin çırağını alovlandıran bir mənbə.
Mən də darıxdığımda, yolumu həmişə Ağanın ziyarətgahına salır, nəzirlərimi təqdim edirəm. Bildiyiniz kimi, 4 iyun—Hacı Mirsultan Ağanın Haqqa qovuşduğu gündür. Ruhu şad olsun!
Uzun zamandır arzulayırdım ki, Ağa haqqında oğlu və varisi Hacı Miralim Ağadan müsahibə götürüm. Şükürlər olsun, Allah bu arzumun da həyata keçməsinə vəsilə oldu. Yenə Ağanın ziyarətgahına üz tutmuşdum—dualarımı etmək, nəzir-niyazımı təqdim etmək və ən önəmlisi, onun haqqında daha çox öyrənmək üçün.
Allah tərəfindən əbədiləşdirilmiş Hacı Mirsultan Ağa haqqında bilmədiklərimizi bir az da bizim müsahibə vasitəsilə kəşf edəcəksiniz.
Buyurun, müsahibə sizin ixtiyarınızdadır.
- Hacı Mirsultan Ağa xalq arasında İmam və Peyğəmbər oğlu kimi tanınırdı. Övladı Hacı Miralim Ağa üçün hansı rolu oynayırdı? Onun ata-oğul münasibəti necə idi?
- Bismilləhir rəhmanir rəhim. Öz sözümü müqəddəs Allahın varlığı ilə başlayıram. Hacı Mirsultan Ağa böyük bir dərya idi, biz isə yalnız bir damla. Dəryanın damla haqqında danışması nə qədər mümkünsüzdürsə, damlanın dərya haqqında fikir yürütməsi də bir o qədər qeyri-mümkündür. Mən, kiçik bir damla olaraq, Hacı Mirsultan Ağa ilə 38 ildən artıq bir evdə yaşamışam. Bu illər ərzində onunla yoldaşlıq etmişəm, onun böyüklüyünü müşahidə etmişəm.
Ağa öz ailəsinə qarşı həmişə səmimi və diqqətli idi. Ailə onun üçün yalnız qan bağı deyil, müqəddəs bir dəyər idi. O, ailə üzvləri ilə dostluq edirdi, ailə qanunlarını qoruyur və bu bağlılığı daim müqəddəs sayırdı. Onun həyat tərzi, keçdiyi keşməkeşli yol, sanki bir sirrlər xəzinəsi idi. Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması olduğu kimi, Hacı Mirsultan Ağa da sirrlərlə dolu bir varlıq idi. Ona qəlbən yaxınlaşdıqca bu sirrlər bir-bir açılırdı.
Ağanın bilikləri ona miras qalmamışdı—o, Allahın ona bəxş etdiyi elmlə yüksəlmişdi. Dini təhsil almayan bir şəxsdə belə dərin bilik və hikmətin olması yalnız Allahın lütfü ilə mümkün idi. O, öz Allaha bağlılığı ilə xalq arasında həm övlad, həm ağsaqqal kimi yüksəldi, məqamına ucaldı. Allah buyurur ki, insan istədiyi halda ilahi simaya qədər yüksələ bilər. Hacı Mirsultan Ağa da qısa ömründə bu zirvəyə çatdı.
60 illik ömrü nədir ki? Bu zaman dilimini uşaqlıq, gənclik, yetkinlik və qocalıq kimi bölmək mümkündür. Amma o, qocalıq görmədən dünyadan köçdü. Qısa, lakin mənalı ömrü boyunca təqvası və imanına sadiq qalaraq Allahın ona bəxş etdiyi yüksək məqama çatdı.
- Hacı Mirsultan Ağanın həyatında hansı mühüm məqamlar var idi? Onun prinsipləri nədən ibarət idi?
- Ağa həmişə Haqqın tərəfində durmağa çalışıb—onun ən əsas məqamı da elə budur. Haqqın tərəfində olmaq, Allahın vacib hökmlərinə tam riayət etmək, qoyulmuş qayda-qanunlardan kənara çıxmamaq deməkdir. Bu itaət və bağlılıq onun xalq məhəbbəti ilə yaşamasının təzahürü idi.
Hacı Mirsultan Ağa, cəddi Həzrət Əli kimi, yetim və kimsəsizlərin atası olub. Mən bunun şahidiyəm, çünki onunla birlikdə bu yolda addımlamışam. Bizim yaşadığımız dövrdə həyat çox çətin idi. İndi müstəqil ölkəmiz şükür Allaha tərəqqidədir, inkişaf edir. Lakin o zamanlar çox ailə kasıblıq içində yaşayırdı—yetimlərin evində işıq, yanacaq olmazdı. Ağa gecələr yanacaq qablarında evlərə neft daşıyırdı, qapını açıb yanacağı elə qoyurdu ki, ev sahibi bunun kim tərəfindən edildiyini bilməsin. Heç kimə bildirmədən, səssizcə çıxıb gedirdi.
O, həm maddi, həm mənəvi cəhətdən imkansızların dayağı olub. Onun yardımları, qayğısı və sədaqəti yalnız bir insana deyil, bütöv bir icmaya təsir göstərirdi. Ağa insanlara gözlə görünməz şəkildə yardım edirdi—onun əməlləri haqqın, mərhəmətin və sədaqətin simvolu idi.
- Hacı Mirsultan Ağa ilə bağlı hansı maraqlı hadisə sizin bu gün də yadınıza düşəndə üzünüzə təbəssüm gətirir?
- Ağa ilə keçirdiyim bütün anlar mənim üçün dəyərli və unudulmazdır. Onun həyatında maraqsız bir hadisə ola bilərdimi?! O, elə bir şəxsiyyət idi ki, hər addımı özündə bir hikmət, bir məna daşıyırdı. Mən özümü onun övladı kimi deyil, bir damla kimi görürəm. Hacı Mirsultan Ağanın ayağının tozu belə ola bilmərəm—hətta onun nökərinin nökəri olmaq üçün belə hələ hazır deyiləm. Amma ən böyük sevincim və qürurum odur ki, onunla bir ömür paylaşmışam, onunla eyni evdə yaşamışam.
Bu, mənim üçün əlçatmaz və qiymətli bir xatirədir.
- Ağa ilə bağlı sizin üçün ən dəyərli və unudulmaz xatirəni bizimlə bölüşə bilərsinizmi?
- O mənim üçün yalnız ata deyildi—biz dost, sirdaş, yol yoldaşı idik. Elə məsələlər var idi ki, ailə içində belə heç kimlə paylaşmadığım, yalnız onunla bölüşdüyüm məqamlar. Bütün ailə üzvləri, yaxın-uzaq qohumlar təsdiqləyə bilər ki, Ağa öz sözünü, məsləhətini, sirrini yalnız mənimlə bölüşürdü. Amma bu heç də o demək deyildi ki, mən ona hansısa yol göstərirdim—əksinə, elə anlar olurdu ki, Ağa mənə məsləhət verəndə heyrətlənirdim.
Bir dəfə Ağa mənə bir məsələni izah edirdi və soruşdu: "Miralim, bu iş belədir, neyləyək?" Mən isə təəccüblə ona dedim: "Ağa, məni niyə utandırırsan? Birinci Allah qarşısında, ikinci də bəndə qarşısında. Mən kiməm ki?!” O isə gülümsəyərək cavab verdi: "Ay bala, mən səni öyrədirəm, həyata yetişdirirəm. Allah buyurub ki, insan nə qədər bilsə də, məsləhət almaqdan çəkinməsin. Allah məsləhətə dəyər verənləri sevir." Və Ağa, Allahın buyuruqlarına hər zaman riayət edirdi.
- Hacı Mirsultan Ağa İslam dininə hansı prizmadan baxırdı? Onun dini görüşləri nələrdən ibarət idi?
- Hacı Mirsultan Ağanın həyat tərzi, cəddi İmam Hüseynin yolu ilə formalaşmışdı. O, daim Haqqın tərəfində duraraq, əqidəsinə sadiq qalmışdı. Tarixin müxtəlif dövrlərində cəddi İmam Hüseyn necə çətin sınaqlardan, repressiyalardan keçmişdisə, Ağa da bu həyatda onun yolunu davam etdirərək oxşar imtahanlardan keçmişdi.
Məkkə, Mədinə, Kərbəla və Kufə—bu müqəddəs məkanların hər biri İmam Hüseynin həyatında iz qoymuşdu. Onun Allah tərəfindən müəyyən edilmiş yolu, şəhadətə aparan Haqq və Quran yoluydu. Hacı Mirsultan Ağa da bu ilahi yolda addımlayaraq, cəddinin mirasını yaşatmışdı. O, öz əməli və inancı ilə Haqq yolunda mübarizə aparmış, fədakarlıq göstərmişdi.
Allah isə Ağanın təmiz qəlbinə və uca imanına mükafat olaraq onu öz yanına çağırdı. Ağa bu dünyada öz Haqq yolunu tamamlayaraq, ilahi qovuşmaya yetişdi. Onun həyatı, iman və sədaqət nümunəsi kimi yaddaşlarda qaldı.
- Hacı Mirsultan Ağa din və cəmiyyət arasında hansı əlaqəni görürdü? Onun cəmiyyətdəki rolu nədən ibarət idi?
- Yenə də əvvəlki mövzulara istinad edərək deyə bilərəm ki, Ağa öz ömrü boyunca Allahın hökmlərinə tam sadiq qalmışdı. Mən onunla 38 il birgə yaşamışam və bu müddət ərzində şahid olmuşam ki, o, heç vaxt Allahın qoyduğu qaydalardan kənara çıxmayıb. Bu, onun imanının, əqidəsinin təməlidir.
İkinci mühüm məqam isə onun xalqa və cəmiyyətə verdiyi töhfələrdir. O, həmişə Allahın və Quranın hökmünü təbliğ edib, insanlara Haqq yolunu göstərib. Cəmiyyətə aydınlığı, doğruluğu çatdırmaq onun əsas missiyası idi. O, cəddi İmam Hüseynin və Həzrəti Əlinin yolunu davam etdirərək, ədaləti, bərabərliyi, düzgünlüyü xalqa öyrətməyə çalışırdı.
Ağa Quranın 32 əsas prinsipini, yəni "5 Suli-din" və "10 Füru-din" hökmlərini cəmiyyətə anlatmağa böyük əmək sərf etmişdi. Bununla yanaşı, "Subati Səlbiyyə" və "Subati Subitiyyə" məsələlərini, yəni Allahın sifətləri və ondan uzaq olan sifətləri insanlara izah edərək, onları dinə daha yaxınlaşdırmağa çalışırdı.
Din sahəsində iki yol mövcuddur: ya insan öz dini biliklərinə dayanaraq fitva verə bilər, ya da alimlərin verdiyi fitvaları qəbul edib onlara riayət edər. Hacı Mirsultan Ağa bu 32 prinsipin xalqa çatdırılması və onun cəmiyyətdə tam anlaşılan bir sistemə çevrilməsi üçün əlindən gələni etmişdi. Və Allahın izni ilə, xalq bundan bəhrələndi, ona göstərilən doğru yolu qəbul etdi.
Əlhəmdüllah ki, onun əməlləri nəticəsiz qalmadı. Nəticəni Allahın verdiyi mükafatda və insanların onun öyrətdiklərindən faydalanmasında görmək mümkündür.
- Hacı Mirsultan Ağanın hansı xüsusiyyəti sizi ən çox düşündürür və həsrətini çəkirsiniz?
Ağanın ən gözəl xüsusiyyətlərindən biri o idi ki, o, uşaqla uşaq, böyüklə böyük idi. O, insanın sifətindəki cizgilərdən belə anında hiss edirdi ki, həmin anda hansı fikirləri, hansı duyğuları keçirirsən. Səni elə yaxınlaşaraq, elə şirin sözlərlə ovudardı ki, bütün çətinliklər, qayğılar birdən-birə yox olardı.
İndi fikirləşirəm—bu çətin günlərimdə, darıxdığım, sıxıldığım anlarda, əgər Ağa yanımda olsaydı, bir dərdim, bir fikrim olmazdı. O, bircə kəlmə ilə insanın qəlbindəki bütün narahatlıqları götürərdi. Elə yüngülləşərdin, elə rahatlaşardın ki, sanki bütün ağırlıqlar bir an içində yox olurdu. Təəssüf ki, mən Ağanın yerini tuta bilmərəm. Amma deyirlər ki, “Ot kökü üstə bitər.” Ağa 32 ildir cismani olaraq aramızda olmasa da, mən onunla tez-tez yuxularımda görüşürəm. Hər darıxdığım, sıxıldığım anda onun cəddi Peyğəmbərin haqqı axşam yuxularımda mənimlə söhbət edir və nəticəsini də görürəm. Belə bir şəxsiyyət üçün darıxmamaq olarmı?!
İnsan bəzən bir ay yoldaşlıq etdiyi biri üçün darıxır—sanatoriyada, xəstəxanada birlikdə olduğu dost üçün. Allah bütün xəstələrimizə şəfa versin. Amma təsəvvür edin, mən Ağayla 38 il yoldaşlıq etmişəm! İki il Ukraynada, Kiyev şəhərində hərbi xidmətdə olmuşam. Ağa isə bir ilini mənimlə keçirdi, gedib-gələn zamanlarda da məni tez-tez məzuniyyətə çağırırdı. Bizim aramızda elə bir bağ vardı ki, bu sadəcə ata-övlad münasibəti deyildi, dostluq idi, sirdaşlıq idi.
Bəzən bir insanı bir ay tanıyıb ona bağlanırsan, yol yoldaşı olur, sanatoriya dostu olur. Amma 38 illik yoldaşlıq?! O qədər xatirələr var ki, hər an gözümün önündə canlanır. Hansı yolu getməmişik ki? İşıqlı yol, qaranlıq yol, ac yol, susuz yol, yorğunluq—həyatın bütün keşməkeşli yollarını birlikdə addımlamışıq. Əgər bugün mənim bir müsbət addımım varsa, o, Ağanın qoyduğu izlərin, atdığı addımların tör-töküntüsüdür. Mən bu yolları onun bir nökəri, bir kiçiyi kimi addımlamışam.
- Ağanın hansı əşyasını bu günə qədər qoruyub saxlamısınız? O əşya sizin üçün nəyi təcəssüm etdirir?
- Ağanın bir neçə əşyasını bu günə qədər müqəddəs olaraq qoruyub saxlamışam. Şəxsən onun iki avtomobili—Volqa və 06 markalı Jiqulisini həyətdə saxlayıram. Uşaqlar əl vurmasın deyə bu maşınları oğlumun həyətinə köçürtmüşəm. Hər dəfə onlara baxanda, Ağanı gözümün önündə canlandırıram. Çünki o, bütün ömrünü xalqın yolunda qoydu—cəddi İmam Hüseyn kimi.
Bundan başqa, onun əyin paltarlarını və şəxsi əşyalarını da qoruyub saxlayıram. Hətta Ağanın pul kisəsi belə mənim üçün dəyərli bir yadigar olaraq evdədir. O, kisənin içində pullar var ki, Ağa o pullara qol çəkib, imza atıb—bu isə mənim üçün yalnız bir əşya deyil, onun varlığının, onun izinin bir parçasıdır.
Ən dəyərli yadigarlardan biri isə Ağanın canlı səs yazısıdır. Onun bir saat yarımlıq vəsiyyətini saxlamışam. Bu səs mənim üçün yalnız bir xatirə deyil, Ağanın hikmətini, düşüncələrini və ruhunu yaşadan bir mirasdır.
- Valideynlər övladların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Hacı Mirsultan Ağa övladlarına verdiyi öyüdlərlə əsl etalon idi. Siz də onun öyüdlərini öz ailənizdə davam etdirirsinizmi?
- Düzünü desəm, mən özümü xoşbəxt bir insan hesab edirəm. Çünki ilk növbədə, Hacı Mirsultan Ağanın tərbiyəsi altında yetişmişəm—bu, mənim üçün ən böyük xoşbəxtlikdir. İkinci böyük xoşbəxtliyim isə odur ki, mənim övladlarım da babalarını görüb, onun şəxsiyyətindən bəhrələnə biliblər.
Nəvə xüsusi bir şirinliyə malikdir. Allah-Təala onun bu şirinliyini Həzrəti Peyğəmbərdən alıb—elə İmam Hüseyn və İmam Həsəndən olduğu kimi. Onlar səcdə halında Peyğəmbərin çiyninə minərdilər, Peyğəmbər isə səcdədən qalxmazdı ki, ta ki, onlar yorulmayana qədər. Nəvə bu qədər əzizdir, bu qədər qiymətlidir.
- Ağa da nəvələrinə Peyğəmbər sevgisi qədər böyük məhəbbət göstərirdi?
Bəli, Ağanın da nəvələrinə qarşı dərin məhəbbəti vardı. Mən bu gün də özümü xoşbəxt hiss edirəm, çünki övladlarım babalarından o məhəbbəti, o tərbiyəni görüb, onu öz qəlblərində yaşadırlar. Babalarının qoyub getdiyi yol onların əqlində, düşüncəsində davam edir və onlar bu yola sadiq qalırlar.
Hər zaman xatırlayırlar: "Babam bunu deyirdi, babam belə edirdi, babam belə düşünürdü." Bu yaddaşın yaşaması isə mənim üçün ən böyük təsəllidir.
- Mirsultan Ağanın xalq içində nüfuzu hər zaman böyük olmuşdur. Sizcə, Miralim Ağa atasının qoyduğu mirası necə davam etdirib? Onun qərarları Mirsultan Ağanın irsinə layiq idimi?
- Hər bir şəxsiyyət əvəzolunmazdır—elə Hacı Mirsultan Ağa da. Mən, Hacı Miralim Ağa olaraq, sadəcə "onun yolunu tam şəkildə davam etdirirəm" demək istəməzdim. Bu, bəlkə də təvazökarlıqdan irəli gəlir. Amma varisi olaraq, onun irsini qoruyub yaşatmaq borcumdur.
Ən azı 32 ildir ki, hər il 4 iyunda minlərlə insan—İslam yolunun davamçıları, cəmiyyətin fərqli üzvləri, respublikamızdan və onun hüdudlarından kənardakı insanlar—Ağanın anım günü üçün ziyarətgahına gəlir. Bu, onun ömür boyu qoyduğu irsin canlı qalmasıdır. Mən də özümü onun nökəri olaraq görürəm və onun xalq arasındakı ictimai bağlantısını yaşatmağa çalışıram. Ağa insanların rifahına, onların dəyərlərinə xüsusi yanaşma prizması ilə baxardı. Mən də, ömrümün bu çağında—70 yaşımda—hər zaman eyni mövqedən yanaşmağa səy göstərirəm.
Ağam deyərdi ki, "Ağsaqqal döyülər də, söyülər də, ac da qalar, yuxusuz da qalar." Həzrəti Əlinin hikmətli sözləri də buna bənzəyirdi. Bir gün ona sual verdilər: "Ya Əli, bir şəxs sənə pislik etsə, nə edərsən?".O cavab verdi: "Yaxşılıq."Suala üç dəfə eyni cavabı verdi: "Yaxşılıq, yaxşılıq, yaxşılıq." Sonra ondan soruşdular: "O pis əməlindən əl çəkmirsə, sən niyə yaxşı əməlinə davam edirsən?" O cavab verdi: "O pisliyindən əl çəkmədiyi üçün mən niyə yaxşılığımdan əl çəkim?"
Mən də Ağamın davamçısı, nökəri olaraq, onun qoyduğu yolun 5-10 faizini belə olsa, yaşadıram. Əlhəmdüllah ki, hələ də bu yolu itirmədən davam etdirməkdəyəm.

- Xeyriyyəçilik hər zaman cəmiyyətin mənəvi dayaqlarından biri olub. Siz hansı xeyriyyə tədbirlərində iştirak edirsiniz? Bu işlər sizin üçün hansı mənanı daşıyır?
- Söhbətimin əvvəlində Hacı Mirsultan Ağa haqqında danışarkən, onun dərya və damla misalını qeyd etmişdim. Onun şəxsiyyəti o qədər geniş və dərin idi ki, ağılla tam dərk etmək mümkün deyil. Bu düşüncə tərzi ilə mən də onun yolunu davam etdirirəm.
- Xalq arasında dini ayinlərin həyata keçirilməsi, dini və dövlət bayramlarının təşkili mənim üçün böyük önəm daşıyır. Necə ki, Ağa öz ömrü boyunca kimsəsizlərə, şəhid ailələrinə və Peyğəmbərin ocağına bağlı ailələrə maddi dəstək olub, mən də o prinsipləri qoruyub saxlayıram.
Onun mirası yalnız xatirələrdə deyil, xeyriyyəçilikdə və xalqın rifahı uğrunda görülən işlərdə yaşamaqdadır. Bu, sadəcə maddi yardım deyil—bir əqidədir, bir missiyadır. Mən bu yolu davam etdirməkdə özümü borclu hiss edirəm və inanıram ki, bu yolla insanlara, cəmiyyətə faydalı olmaq mümkündür.

- Ağanın xatirəsini əbədiləşdirmək üçün gələcəkdə nə kimi planlarınız var? Onun irsini yaşatmaq üçün hansı təşəbbüslər nəzərdə tutursunuz?
- Ağa onsuz da Allah tərəfindən əbədiləşdirilmişdir. Elə şəxsiyyətlər var ki, sağlığında belə unudulur, ömrü boyu iz qoymadan yaşayır. Elə şəxsiyyətlər də var ki, cismani olaraq dünyadan köçsə də, ruhən əbədi olaraq yaşayır—Hacı Mirsultan Ağa məhz belə bir insandır. Xalqın və cəmiyyətin qəlbində yer etmiş bir insanı ölü adlandırmaq mümkün deyil.
Bu irsin davamı olaraq, Ağa haqqında bir neçə kitab yazılıb, onun həyatı və mirası ilə bağlı məlumatlar toplanıb. Qəzetlərdə, jurnallarda ona dair yazılar çap olunub. Hər il Ağa haqqında dini təqvim buraxılır—orada həm dini ayinlərimiz, həm dövlət bayramlarımız, həm də müqəddəs və matəm günlərimiz qeyd olunur. Bu təkcə Ağaya ehtiram deyil, həm də cəmiyyətin bu mühüm məqamlarla məlumatlanması üçündür.

Bundan əlavə, xalq arasında Ağanın mirasını yaşatmaq üçün onun ocağında bir ziyarətgah inşa olunub. Ağaya layiq olub-olmaması bir yana, amma bu məkan onu sevən insanların toplaşa biləcəyi müqəddəs bir yerdir. Hacı Mirsultan Ağa ziyarətgahı ölkə rəhbərliyinin daim diqqətində olub və dövlətimizin qayğısı altında saxlanılır. Ölkəmizdə bir neçə mühüm ziyarətgahlar var və Hacı Mirsultan Ağa ziyarətgahı da bu müqəddəs yerlərin sırasındadır.
Ölkə rəhbərimizin dini ayinlərin yaşadılmasında, məscidlərin qorunmasında və bərpasında böyük xidmətləri olub. Ulu Öndərin müstəqillik dövründə ləğv olunmuş məscidlərimizi—Bibiheybət, Şamaxı və daha neçə müqəddəs məkanları—yenidən bərpa etməsi, xalqın dini mirasına olan bağlılığının göstəricisidir.
Allah cənab Prezidentimizə, Ali Baş Komandanımıza uzun ömür versin. Ölkəmiz üçün çox mühüm tarixi anlar yaşadıb. O, öz əməli və , dəmir yumruğu ilə Şuşa məscidində “Allahu Əkbər” azan sədasını ucaltdı. Mən sağlığımda bu anı gördüm—bu mənim üçün bir ömürlük qürurdur. Hər bir rayonumuzda, hər bir bölgədə cənab Prezident ziyarətgahlara, məscidlərə xüsusi önəm verib. Mədrəsələrə diqqət ayırıb.
Belə bir ölkədə, belə bir rəhbərlik altında yaşamaq həm mənim üçün, həm də xalqım üçün böyük fəxrdir.
- Ailənin kökləri və şəcərəsi gələcək nəsillərə hansı mesaj ötürməlidir? Siz bu mirası qorumaq və ötürmək üçün hansı yolları düşünürsünüz?
- Çox gözəl və məntiqli sualdır—vacib suallardan biridir. Doğrudur, hər bir suala qısa cavab veririk, lakin bu sual haqqında bütöv bir poema yazmaq olar. Mənim üçün bu sual həm çətin, həm də asandır.
Asanlığı ondadır ki, mənim övladlarım babalarını görüb, onların həyatda etdikləri əməllərə şahid olublar. Onların hansı yolu getdiyini, necə yaşadığını bilirlər. Mən də bu mirası onlara ötürməkdə çətinlik çəkmirəm, çünki onlar öz gözləri ilə görüb bu yolun mahiyyətini dərk ediblər.
Babalarının varisi olaraq, mən də həmin yolu imkanım və düşüncəm çərçivəsində idarə edirəm. "Ot kökü üstə bitər." Əlhəmdüllah, övladlarım da bu yolun davamçılarıdır. Mən inanıram ki, onlar da Hacı Mirsultan Ağanın qoyub getdiyi yolu şərəflə, ləyaqətlə, Allaha və dövlətə olan sadiqlikləri ilə yaşadacaq, babalarının müqəddəs adına layiq olacaqlar. Allah hamıya bu müqəddəs günləri yaşamaq qismət eləsin!
Əmanət çətin məsələdir. Necə ki, mənim ata-babam çətin repressiya dövründə dini ayinləri yaşadaraq bizim xalqımıza çatdırıbsa, bizim də borcumuzdur ki, bu mirası gələcək nəsillərə ötürək. Bizim də vəzifəmizdir ki, bu müqəddəs irsi qoruyub, doğru şəkildə təhvil verək. Əlhəmdüllah, biz bunu edəcəyik.
- Hacı Miralim Ağa, Hacı Mirsultan Ağa ziyarətgahına dövlət tərəfindən hansı diqqət və qayğı göstərilib? Bu gün də həmin diqqəti və qayğını hiss edirsinizmi?
- Dövlətimiz mənim üçün ikinci valideyn kimidir. Atam, müqəddəs Hacı Mirsultan Ağamdan sonra ən böyük diqqəti bu ocağa bəlkə də elə dövlətimizdən görmüşəm. Allah ölkə prezidentimizə, Ali Baş Komandanımıza uzun ömür və can sağlığı versin. O, təkcə Azərbaycan xalqı üçün yox, bütün dünya azərbaycanlıları üçün əvəzolunmaz bir şəxsiyyətdir. O, ulu öndərimizin bizə əmanətidir və əmanətə xəyanət etmək olmaz.

Həzrəti Əlinin oğlu, ikinci imam Həsən buyurub: "Əmanətə xəyanət eləmək ən böyük günahlardandır." O, atasının başına dəyən qılıncı ona əmanət versələr belə, ona xəyanət etməyəcəyini bildirirdi. Biz də bir Azərbaycanlı olaraq, cənab prezidentimizi ulu öndərin bizə əmanəti kimi görürük və onu gözümüzün bəbəyi kimi qorumalıyıq. O, xalqımız üçün misilsiz işlər görüb, bizim milli mənliyimizi və qürurumuzu bizə qaytarıb. Tarix boyu əsrlərlə Azərbaycanın işğalda olan torpaqlarının bir qarışının belə geri qayıtdığını eşitməmişəm. Amma ulu öndərimizdən başlayaraq və cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bütövlükdə qayıtdı, Zəngilan qayıtdı. Əlhəmdüllah, Göyçə, İrəvan da qayıdacaq!
Hacı Mirsultan Ağa ziyarətgahının tikilməsi üçün cənab prezidentimizin müstəsna dəstəyi olub. Burada işıq və qaz xətti çəkilib, ziyarətgahın abadlaşdırılması təmin edilib. 20 yanvar 2000-ci ildə ziyarətgahın açılışı baş tutdu və bu mötəbər tədbirdə akademik Rafael Allahverdiyev, professor Cəmil Əliyev və dövlətimizin nümayəndələri iştirak etdilər. Biz bu diqqəti daim hiss edirik.
Bu gün Hacı Mirsultan Ağa ziyarətgahının başında Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Bu bayrağa baxanda həm dövlətimizin gücünü, həm də atamın dövlətə bağlılığını görürəm. Atam, ulu öndər Azərbaycanda rəhbər olmadığı zaman həmişə deyirdi: "Bu xalqın yeganə xilaskarı Heydər Əliyevdir. O, gələcək və Azərbaycanı azadlığa çıxaracaq, işğalda olan torpaqları bizə qaytaracaq."Əlhəmdüllah, duaları müstəcəb oldu, torpaqlarımız azad edildi.

Biz bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların igidliyi, dövlət-xalq birliyi, Ali Baş Komandanımızın rəhbərliyi sayəsində torpaqlarımız geri qaytarıldı. Biz müqəddəs şəhidlərimizə borcluyuq! Onların valideynləri qarşısında da baş əyirəm. Allah prezidentimizi qorusun! Bizim qəlbimizdə daha çox arzular var və inşallah, o arzulara da çatacağıq. Dövlətimizin başçısı, xalqımız və sizlə birlikdə Göyçədə, Zəngəzurda, İrəvanda görüşənədək!

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-05-2025
30-05-2025