Mobil versiya
"Ermənistanın yaydığı məlumat növbəti dezinformasiyadır" - MN
Tarix: 29-05-2025 | Saat: 11:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Ermənistanın yaydığı məlumat növbəti dezinformasiyadır" -

Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.

aia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır", - məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025