Mobil versiya
Mənim Vətənim, Mənim Respublikam
Tarix: 29-05-2025 | Saat: 09:08
Bölmə:Özəl | çapa göndər

Mənim Vətənim, Mənim Respublikam

Bu gün Azərbaycanın gələcəyini düşünən, vətənini sevən, onun uğurları ilə qürurlanan bir gənc olaraq yaşayıram. Bəzən tarix dərslərində adlarını öyrəndiyim, amma o vaxtlar mənasına tam vara bilmədiyim hadisələr, indi mənim həyatımın bir hissəsinə çevrilib. Onlardan biri də – 28 May 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətidir.
Ən çox fəxr etdiyim məqam budur ki, mən dünyanın ilk müsəlman və türk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bir ölkədə doğulmuşam. Bu tarix sadəcə bir bayram deyil, azadlığın, iradənin, müstəqilliyin simvoludur.Düşünürəm ki, 23 yaşlı bir azərbaycanlı qız olaraq, bu cümhuriyyətin ideallarını yaşatmaq, onu qorumaq və gələcək nəsillərə ötürmək mənim də borcumdur. Mən bu ruhla böyümüşəm – ailəmdə, məktəbdə, indi isə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında çalışaraq vətənimə xidmət edirəm.Biz – bu günün gəncləri – cümhuriyyətin ideyalarını sadəcə qeyd etməklə kifayətlənməməliyik. Biz onu yaşatmalıyıq. Hüquq, bərabərlik, təhsil, inkişaf – bunların hamısı üçün mübarizə aparan insanların qoyduğu irsdir bu günün Azərbaycanı.
Və mən inanıram ki, biz bu yolu davam etdirəcəyik. Çünki bizim bir tariximiz var, bir şəhidlərimiz var, bir vətənimiz var.Mən bu gün müstəqil Azərbaycanda yaşayıram və bu azadlığın dəyərini yaxşı anlayıram. Çünki o azadlıq bizə hazır verilməyib – uğrunda mübarizə aparılıb. Xalqımız can verib, mübarizə aparıb, amma yenə də həmin ideyaları yaşadıb.
Bu gün Yeni Azərbaycan Partiyasının bir gənci olaraq mən də düşünürəm: bu torpaq, bu bayraq, bu azadlıq – bizə əmanətdir .Mən indi rahatlıqla fikir söyləyə bilirəmsə, təhsil almışamsa, azad bir ölkədə yaşayıramsa – bu, 1918-ci ildə atılan cəsur bir addımın nəticəsidir. O dövrdə qadınlara səsvermə hüququ verilmişdi. Bu fakt məni çox təsirləndirir. Çünki bir qadın olaraq bunun nə qədər dəyərli və önəmli olduğunu indi çox yaxşı anlayıram. 28 May təkcə bir tarix deyil. Bu, bizim azad düşüncə mədəniyyətimizin, dövlət quruculuğu iradəmizin və milli kimliyimizin simvoludur. Mən bu günün gənci olaraq bu dəyərləri daşımaqdan, yaşatmaqdan və gələcək nəsillərə ötürməkdən qürur duyuram.

Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025