Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb
Tarix: 27-05-2025 | Saat: 16:40
Bölmə:İqtisadiyyat | çapa göndər

Hazırda Azərbaycanda 6 974 ədəd elektrik mühərrikli, 83 351 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var.
aia.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, dövlət qeydiyyatında olan ekoloji təmiz, elektrik və hibrid mühərrikli avtomobillər ümumi nəqliyyat vasitələrinin 4,7 %-ni təşkil edir: "Hazırda ölkədə qeydiyyata alınmış ümumi nəqliyyat vasitələrin sayı 1 909 873 ədəd, o cümlədən Bakıda 804 223 ədəddir. Paytaxtda 5 812 ədəd elektrik mühərrikli, 57 530 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var. Təkcə bu il ilkin qeydiyyatı alınan ümumi nəqliyyat vasitələrinin 40 %-i hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri olub. 2023-cü il ildən bəri dövlət qeydiyyatını alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-05-2025