Mobil versiya
Zibilliyə od vurarkən özü yanaraq ÖLDÜ - YENİLƏNİB
Tarix: 27-05-2025 | Saat: 13:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Zibilliyə od vurarkən özü yanaraq

Mayın 26-da saat 09:50 radələrində 1967-ci il təvəllüdlü şəxs ( kişi cinsi) bədən səthinin 60-70 % sahəsinin II-III dərəcəli ağır dərin termiki yanığı, II-III dərəcəli travmatik şok diaqnozları ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən şəxsin mayın 27-də saat 02:00 radələrində ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

***

11:57

Şəmkir sakini yanaraq ölüb.

aia.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025