Mobil versiya
"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər" - Simonyan
Tarix: 27-05-2025 | Saat: 13:14
Bölmə:Dünya | çapa göndər

"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər" -

"Sülh müqaviləsi imzalananda ermənilər Bakıda yaşaya bilər".

aia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, tərəflər sülh dedikdə sadəcə salamlaşmağı nəzərdə tutmur: "Sülh müqaviləsinin imzalanmasından 5 dəqiqə sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə, bir-biri ilə ünsiyyətə və hər cür əməkdaşlıq etməyə başlayacaqlar".

Simonyanın fikrincə, cəmiyyətləri sülhə hazırlamaq lazımdır: "Qarabağ münaqişəsi zamanı hətta ticarət də olub. Qarabağın bəzi nümayəndələri azərbaycanlılara konyak satıb pul alıblar. Divar çəkəcəyik, salamlaşmayacağıq kimi nağıllarla yaşamayın.

“Qarabağ təmsilçiləri özlərinə yeni "prezident" seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın addımları nəzərə çarpır. Qarabağın nümayəndələri parlament sədri seçirlər, Azərbaycan isə gəlib Qərbi Azərbaycanı quracağam deyir. Bu bəyanatlar "Dağlıq Qarabağ nümayəndələri"nin atdığı addımlara Azərbaycanın güzgü cavabıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025