Mobil versiya
Zelenski: Rusiya yeni hücum əməliyyatları hazırlayır
Tarix: 26-05-2025 | Saat: 22:28
Bölmə:Özəl | çapa göndər

Zelenski: Rusiya yeni hücum əməliyyatları hazırlayır
Rusiya yeni hücum əməliyyatları planlaşdırır. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında yayımlanan axşam müraciətində deyib.
Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynaya dəstəyin artırılmasını tələb edən “sonrakı müharibəyə ümid edir”. O vurğulayıb ki, partnyor ölkələrin kəşfiyyat xidmətləri operativ şəkildə rəhbərliyə çatdırılmalı olan təsdiqedici məlumatlara malikdir.
"Əminəm ki, tərəfdaşlarımızın kəşfiyyat xidmətləri belə məlumatlara malikdir. Onların göz yummaması və yuxarı orqanlara hesabat verməsi vacibdir", - Zelenski qeyd edib.

Mayın 25-də Almaniyanın “Bild” nəşri yazıb ki, Rusiya Silahlı Qüvvələri iyunda böyük hücuma hazırlaşır. Nəşrin məlumatına görə, Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərinin ərazilərində hücum gözlənilir. “Bild” yazır ki, Rusiya bu məqsədlər üçün minlərlə əsgər və tank hazırlayır. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Ukraynanın logistika obyektlərinə hücumları intensivləşdirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025