Mobil versiya
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib -Fotolar
Tarix: 23-05-2025 | Saat: 14:20
Bölmə:İqtisadiyyat | çapa göndər

Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və “HBN Group”un birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “CareerFest BEU 2025” adlı karyera festivalı keçirilib. Festivalda dövlət qurumlarının, nüfuzlu şirkətlərin rəhbərlərinin, eləcə də ölkəmizdəki ali təhsil müəssisələrinin tələbə və məzunlarının iştirakı təmin olunub. Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, gənclərin təhsili, məşğulluğu, karyera yüksəlişi və sosial rifahı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramları uğurla həyata keçirilir. Rektor qeyd edib ki, festivalın əsas məqsədi sahibkarlarla ali təhsil müəssisələri arasında əlaqələri daha da möhkəmləndirmək, gənclərin məşğulluğunun təmin olunmasına dəstək vermək və onların yeni sənaye inqilabı fonunda əmək bazarının mövcud şərtləri və tələblərini öyrənmələrinə şərait yaratmaqdır. O, bu baxımdan tədbiri gənclər üçün əla fürsət adlandırıb. Tədbirdə təmsil olunan şirkətlərə, xüsusilə də baş sponsor Veysəloğlu Şirkətlər Qrupuna təşəkkürünü bildirən Yaqub Piriyev festivalın əmək bazarında yeni körpülər yaradacağına və gənclər üçün uğurlu bir karyera başlanğıcı olacağına əminliyini ifadə edib.

Veysəloğlu Şirkətlər Qrupunun İnsan Resursları direktoru Ziya Rəcəbov çıxışında bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verən ən iri işəgötürənlərdən biridir. Təhsilə dəstək isə şirkətin korporativ sosial məsuliyyət istiqamətlərindən birini təşkil edir. O, əlavə edib ki, Veysəloğlu Şirkətlər Qrupu gənclərə yalnız iş imkanı deyil, həm də davamlı inkişaf, peşəkarlaşma və karyera quruculuğu istiqamətində müxtəlif proqramlar, mentorluq xidmətləri, təlimlər və peşə öyrənmək imkanları təqdim edir.

Daha sonra çıxış edən “HBN Group”un icraçı direktoru Tariyel Dövlətov bildirib ki, festival bütün ali təhsil müəssisələrinin tələbə və məzunları, eləcə də işsiz şəxslər üçün açıq olub və burada 100-dən artıq müəssisə tərəfindən 965 vakansiya, 961 təcrübə proqramı təqdim edilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı da belə tədbirlərin gənclərin karyeralarına başlamasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, hər il müxtəlif əmək yarmarkalarında işsizlər, işaxtaranlar, tələbələr və məzunlar ixtisaslarına və maraq göstərdikləri sahələrə uyğun işlə təmin olunurlar.

Festival çərçivəsində nümayiş olunan stendlərə baxış keçirilib. Ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı tədbirdə interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025