Uğurlu fəaliyyət, qarşılıqlı əməkdaşlıq
Tarix: 23-05-2025 | Saat: 12:11
Bölmə:Siyasət | çapa göndər

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşünün macarıstan respubl98ikasında keçirilməsinin mühüm əhəmiyyəti ondan ibarətdir ki, TDT Avropada öz varlığını təsdiqləmiş olur.
Görüşdə iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşkilatın keçdiyi yola və hazırkı vəziyyətinə nəzər salaraq perspektivdəki gözləntiləri dilə gətirmişdir.
Öncə qeyd edək ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat- loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar.
Xarici siaysətdə Türk dövlətləri ilə əlaqələrə üstünlük verən Azərbaycan birliyimizin daha da möhkəmlənməsi üçün bütün potensialdan istifadə edir. Çünki birliyimizin möhkəmlənməsi dünya miqyasında sözümüzün eşidilməsi deməkdir.
Ölkəmiz indiyə qədər təşkilatın üzv ölkələrinə ümumilikdə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Eyni zamanda Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Ölkəmizin başçısı bildirib ki, “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.”
Orta Dəhliz layihəsinin rəqəmsallaşmasına böyük əhəmiyyət verildiyini bildirən cənab İlham Əliyev qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Ölkəmizin logistika sahəsində çox ciddi nailiyyətlərə imza atdığını bildirən cənab prezident bildirib ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Daha sonra keçən ilölkəmizdə COP29 kimi mötəbər beynəlxalq tədbirin keçirildiyini bildirən ölkəmizin başçısı 197 ölkəni təmsil edən 77 min nümayəndənin, 70 dövlət və hökumət başçısının iştirak etdiyi konfransda Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edilməklə böyük uğurlara imza atıldı və bu konfransın qərarları tarixə “Bakı sıçrayışı” kimi daxil oldu.
COP29 zamanı ölkəmiz Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanması da uğurlu nəticə adlandıran cənab Prezident İlham Əliyev bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradacağını bildirmişdir.
Qeyd edilənlər göstərir ki, məhz cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasəti nəticəsində Azərbaycanın Şərqə və Qərbə, eynilə də Şimala və Cənuba inteqrasiya imkanları genişlənir, Türk Dövlətləri Təşkilatında səmərəli əməkdaşlıq bu inkişafa və inteqrasiyaya geniş imkanlar yaradır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025