Naxçıvanın icra hakimiyyəti orqanlarının bu sahələrdəki səlahiyyətləri ləğv edilir
Tarix: 23-05-2025 | Saat: 12:33
Bölmə:Parlament | çapa göndər

Su obyektlərinin istifadəsi və mühafizəsi, meliorasiya və irriqasiya sahəsində Naxçıvan Respublikası icra hakimiyyəti orqanlarının bütün səlahiyyətləri ləğv edilir.
aia.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məlumat üçün bildirək ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı sahəsində idarəetmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan publik hüquqi şəxslərə ötürülüb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025