Sükutun ağrısı... - Fuad Biləsuvarlı yazır
Tarix: 23-05-2025 | Saat: 10:36
Bölmə:Ölkə | çapa göndər

Son günlər içimdə naməlum bir ağırlıq var, dünyam qaranlıq bir dumanla örtülüb.
Fikirlərim bir-birinə dolaşıb, ürəyimin dərinliklərində qarmaqarışıqlıq hökm sürür. Bu xaos içimi elə sirkələyir ki, sanki başımın üstündə göy çökür, ayaqlarımın altındakı yer laxlayır. Artıq qaranlıqda iynə ucu boyda da olsun, bir işıq axtarmağa gücüm çatmır. Bəlkə də kimsə məni pessimist, neqativ hesab edər—bəlkə də haqlıdır.

Sanki kədər bataqlığında batıb gedirəm. Xilas üçün uzanan bir vicdanlı əl yoxdur. Niyə belə olmuşam? Özüm də bilmirəm. Ölüm çıxış yolu deyil—intihar etsəm, bu dünyadan üz çevirib gedərdim. Bəlkə Allah axirətimi gözəl edər? Bu dünyamı verməyən Allah, bəlkə də o biri dünyamı verəcək. Günahlar yalnız Allahda deyil, mənim valideynlərimdədir. Kaş ki, məni yaratmazdılar. Mən bu dünyanın adamı deyiləm—mən tamamilə başqa bir adamam.
Dünya gözəl dünyadır deyənlər yanılır. Onun gözəlliyi çoxdan əlindən alınıb. Hərdən mənə dilucu deyirlər: “Var ol.” Amma var olmağın özü də mənasını itirib. İnsanlar məndən uzaqlaşır, evdəki əşyalar belə sanki mənə yadlaşıb. Mən isə tükənməz bir çuxura batdıqca batıram. Tanış simalar yox olub, səslər kəsilib. İndi ruhum da solmağa başlayır. Bəzən dərdlərinə məhəl qoymayan insanlara həsəd aparıram—İlahi, niyə mən də onlar kimi ola bilmədim? Sanki kədər içimdə səssiz bir tamaşa qurur, mən isə onun səhnəsində baş rollardan birini oynayıram.
Əgər bu dünya üçün deyildimsə, bəs niyə buradayam? Sadəcə çətinliklərə boyun əymək üçünmü? İndi nəyə inanım—onsuz da inam çoxdan sönüb. Dilimin ucunda bir söz yanır: Bu dünya üçün deyiləm. Amma bu gedişlə haraya gedirəm? Yolun sonunda məni nə gözləyir—yoxluq, yoxsa yeni bir başlanğıc?
Həyat məni elə susqun edir ki, düşüncələrimlə, qələmlə, kağızla baş-başa qalıram. Elə bilirəm, hər şeyi danışdım, hər sözü cümlə-cümlə yazılarımda qeyd etdim. Amma bu belə deyil axı. Evin içində—çoxluğun içində—yox kimiyəm. Səssizlik içimdə dərinləşir. Susuram, susuram. Damağımda siqaret, kül qabı yanımda. O da dərdin kölgəsini gözlərimin önündən silə bilmir.
Zamanı da öz xeyrimə saxlaya bilmirəm. Lal sükut içimi parçalayır, hər düşüncəni bölüb dağıdır. Günlər sürət qatarına qoşulub keçib gedir, mən isə onların uzaqlaşmasını seyr edirəm. Evimdəki kitablar belə köməyimə çatmır. Amma yaxşı ki, Allahın kitabı—Quran—məni anlayır. O kitabla bir az anlaşırıq, sözlər susur, amma mən içimdə cavablar tapıram.
Əsl yaradıcı ömrü yaşayıram. Əsl istedadlıların taleyi necə zülmətə qərq olursa, mən də o cürəm. Gecəm səhərə, səhərim gecəyə qarışıb. Siqaretin tüstüsündə özümü boğuram, düşüncələrimlə birlikdə havaya sovruluram.
Yuxularım çoxdan ərşə çəkilib. Həyatda bu boyda istedadımla susmuş, bitmiş biriyəm. Bu susqunluqla haraya qədər gedə biləcəyimi yalnız Allah bilir.
Kədəri də, dərdi də şeytanın balası sayıram—çoxalır ki, azalmır. Kölgə kimi yapışır, nəfəsimi boğur, sanki içimdə kök salıb. Amma bir şeyi yaxşıdır: yazıb-yaratmağıma vəsilə olur.
Gözlərimə kədər həkk olunub, mənimlə bərabər böyüyür, içimin sükutunu daha da genişləndirir. Elə bil nəfəs almağıma imkan vermir. Axı, mən Tanrının sevimli bəndəsiyəm—vaxtlı-vaxtında namaz qılıram, Quran oxuyuram, dualar edirəm, oruc tuturam.
Bəs onda niyə? Nə bilim... Tanrı məni unudubmu?"
Ayaq basdığım yerlər də, küçələr də səssizliyimə heyran qalıb. Sanki quru torpaq, daş, göy, yer mənim yerimə danışmaq istəyir. Amma onların da çarəsi yoxdur. Mən bir dünya olduğum halda, dünya məndən qorxur. O da məni tezliklə yox olub göylərə çəkilməyə tələsdirir.
Sükutu mən fəsillərə bənzədirəm—qış kimi soyuq, yay kimi isti, payız kimi yağışlı.
O, həm lal bir fəryaddır, həm də dilini bilmədiyimiz bir həqiqət.
Bəzən insanın sükutundan onun bütün hekayəsini oxumaq mümkündür.
Sükut içimizdə sıxılıb qalmış ahdır—çox vaxt onu açıb söyləməyə cəsarətimiz yetmir.
Elə bil ağır bir kərpic kimi ürəyimizə, belimizə çöküb, daşdan da ağır bir yükə çevrilib.
Bu ağrını biz daşıyırıq, amma bəzən sükutun bizə daşıtdırdığı ağırlığın izini də itiririk.
Sükutun ağrısı, yalnız danışmamaqdan, dinməməkdən yaranmır.
O, susmağı seçməkdə, səssizliyin içində boğulmaqda və öz səsini unutmaqda gizlidir.
Səs-küyün içində yaşamaqdansa, sükutun içində məhv olub torpağa qarışmağı üstün sayıram.
Çünki bəzən torpağın sükutu insan ruhuna ən dərin təsəllini verir.
Dünyanın da insanlar qədər etibarsız ola biləcəyini bilməzdim.
İndi anladım—bu dünya bir musiqidir, amma mən o musiqinin nəqarəti deyiləm, ola bilmərəm.
İnsanlar yalnız öz mənafeylərini düşünür, yalnız öz maraqlarını güdürlər.
Onların ürəklərində yer tapa bilmədiyimi indi daha aydın görürəm.
Səhər yuxudan oyandım və gördüm ki, həyat donub. Saatların əqrəbləri də hərəkət etmirdi, sanki zaman özü dayanmışdı. Hər şey süniləşmiş, dumanlı bir səhnəyə çevrilmişdi. Ayaqlarım yerə toxunsa da, onu hiss edə bilmirdim. Hərəkət etmək istədim, amma bədənim sanki məndən ayrılmışdı—babam, atam kimi iflic olmuşdum. Bir anın içində arzularım darmadağın olmuşdu.
Aynaya baxdım və heç özümü tanımadım. İlahi, mən Fuadammı? Niyə bu günə düşdüm?
Uzaqlardan mənə yaxın, doğma bir səs gəlir. Sanki məni çağırır, yanına tez gəlməyimi istəyir. Ayaqlarım getmək istəsə də, hərəkət etmir, gözlərim korşalıb, uzağı sezmək mümkün deyil. Əllərimə toxunmaq istəsələr də, bacarmırlar.
Bu nə zamandır, nə dünya...
Və sonra anlayıram—bu səs kimin səsidir? Mən bilirəm. Qeybdən gələn atamın səsidir. O, məni o dünyadan yanına çağırır, uşaqlıqda olduğu kimi qucağına almaq, bağrına basmaq istəyir.
Amma o, məni bu gidi dünyadan xilas etmir. O, sadəcə gözləyir.
Bir vaxtlar dost sandıqlarım, insan bildiklərim—mənə “gözəl balam”, “ağıllı oğlum”, “gənc həmkarım”, “ailəmizin üzvü”, “kiçik qaqam”, “ürəyinə bacın qurban olsun” deyənlər vardı. Amma indi heç biri dönüb üzümə baxmaq istəmir. Bu dünyada varlığımdan belə xəbərsizdirlər. Əfsus ki, onların gözlərində artıq yox kimiyəm.
Uşaq ikən böyüklərimdən eşitmişdim ki, qış, torpaq, daş, qaya, dağ, su soyuq olar.
Amma böyüdükcə anladım ki, insanlar da, adamlar da soyuqdur. Onlar daşdan, qayadan, qaya parçasından heç geri qalmırlar.
İçimdəki soyuq sükut, ağır daş—onlardan mənə ən böyük hədiyyədir. O daş sükut mənimlə bir ömür boyu yol gedəcək.
Vaxtilə onları özümə xilaskar sanmışdım. Nə biləydim ki, sonda məni heç kim axtarmayacaq. Bəlkə də, onların ucbatından bu gün sükut içindəyəm. Təkəm, yalquzaq qalmışam.
Eh... nə bilim. Bəlkə də.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025