Mobil versiya
Azər Badamovun haqqı və həqiqəti
Tarix: 06-05-2025 | Saat: 11:54
Bölmə:Manşet / Özəl | çapa göndər

Azər Badamovun  haqqı və həqiqəti

Bir insan ovcuna sığışacaq qədər kiçilən və qloballaşan dünyada hər bir insanın fəaliyyətini izləmək indi çox asandır. Sosial şəbəkələr, internet mediası bu sahədə kiçik bir axtarış üçün yetərli resurs sayılır. Fəaliyyətini izlədiyimiz və təqdir etdiyimiz şəxslərdən biri də Milli Məclisin deputatı Azər Badamovdur.

51 saylı Qusar seçki dairəsindən millət vəkili seçilmiş Azər Badamov həmin regionun inandığı, etibar etdiyi şəxsdir. Azər müəllim də bu etimadı doğruldaraq seçildiyi dairəni, ərazini Milli Məclisdə layiqincə təmsil edir, özünü seçicilərinin onların elçisi hesab edir, vaxt tapan kimi rayonda seçicilərlə tez-tez görüşlər keçirər, onların sosial problemlərinin həlli yollarını tapmağa çalışar. Milli Məclis iclaslarında irəli sürülmüş məsələlərə öz fikrin və mövqeyini aydın şəkildə bildirən deputatlardan biri kimi bu fəaliyyət Azər Badamovun medianın daim diqqət mərkəzində olmasına imkan yaratmışdır. Xüsusən, dövlət və dövlətçilik maraqlarına, xalqın mənafeyinə xidmət edən məsələlərə onun münasibəti diqqəti cəlb edir. Getdikcə zənginləşən parlament təcrübəsi də öz sözünü deyir.



Azər Badamov o parlamentarilərdəndir ki. Sözünün çəkisi var, fikirlərində və mövqeyində ardıcıldır. Ümummilli lider Heydər Əliyev ideyalarına, təmsil etdiyi Yeni azərbaycan partiyasının siyasi xəttinə sədaqəti və cənab Prtezident İlham Əliyevin həyata keçirdiyi siyasətə vediyi dəstəyi hiss edilir, duyulur və təbii ki xalq tərəfindən qiymətləndirilir
Aydınıdr ki, Prezident İlham Əliyevin apardığı müstəqil və qətiyyətli siyasət Azərbaycanın milli maraqlarını daim ön planda tutur. Millət vəkili Azər Badamovun da fəaliyyətində bu prinsiplər qalın bir xətlə keçir. Məhz bu xüsusiyyətlər deputatın zaman-zaman ictimai diqqəti özünə cəlb etməsi ilə nəticələnir.

Lakin onu da qeyd etmək lazımdır ki, hələ də daxildə və xaricdə bəzi qüvvələri qıcıqlandıran bu fəaliyyətin kimlərinsə maraqlarına uyğun gəlmədiyi də məlumdur. Son günlərin hadisələri də bunu bir daha sübut etmişdir. Deputatın mayın 4-də Moskva aeroportunda saxlanaraq deport edilməsinin kökündə də bu dayanır. Onun milli və dövlətçilik maraqlarına xidmət edən qətiyyətli mövqeyi!
Bəlkə də bu hadisəni sıradan bir hadisə kimi qiymətləndirmək də olardı. Lakin baş verənlərin bütün Azərbaycan ictimaiyyətini təsirləndirməsi onu deməyə əsas verir ki, Azər Badamov öz fəaliyyəti ilə, mövqeyi ilə millətin yaddaşına və baxışlarında özünə yer tuta bilmişdir.

Zaman keçəcək, siyasi təlatümlər də, kataklizmlər də arxada qalacaqdır. Bir çox şeylər unudulacaq, yaddan çıxacaqdır. Amma indiki məqamda baş verənləri nə Azər Badamov, nə də xalqımız unutmayacaqdır. Çünki bu şəxsi məsələ deyil, bütün varlığı ilə millətinə, xalqına və dövlətinə bağlı olan deputatın haqq və həqiqət yolunda olduğunun nümunəsidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025