Mobil versiya
Polşa Türkiyənin Aİ üzvlüyünü dəstəkləyir
Tarix: 01-05-2025 | Saat: 18:44
Bölmə:Özəl | çapa göndər

Polşa Türkiyənin Aİ üzvlüyünü dəstəkləyir

Polşa xarici işlər nazirinin müavini Anna Radvan Türkiyənin Avropa Birliyinə (Aİ) üzvlük prosesini yaxından izlədiklərini və Türkiyənin Aİ üzvlüyünü dəstəklədiklərini bildirib.Polşanın AB Şurasına sədrlik etməsindən sonra AB-nin Türkiyə nümayəndəliyi və Polşanın Ankaradakı səfirliyi tərəfindən Polşanın paytaxtı Varşavaya mətbuat turu təşkil edilib. Səfər çərçivəsində keçirilən görüşlərdə Polşa-Türkiyə əlaqələri, Türkiyə-AB əməkdaşlığı, Türkiyənin üzvlük prosesi, müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Polşanın xarici işlər nazirinin müavini Anna Radvan Polşanın müdafiə xərclərinə diqqət çəkərək, "Bu dövr bizim üçün siyasi və strateji baxımdan çox əhəmiyyətlidir. "Təhlükəsizlik, Avropa!" Bu mövzuda əsas şüarımız, Krımın ilhaqından sonra Ukraynanın təhlükəsizliyini təmin etməkdir.
Mayın 7-8-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iştirak edəcəyi qeyri-rəsmi toplantı olan Gymnich Sammitinin baş tutacağını xatırladan Radvan, xarici işlər naziri Hakan Fidanın da dəvət edildiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2025