Mobil versiya
Qusar rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib -Fotolar
Tarix: 01-05-2025 | Saat: 17:35
Bölmə:Ölkə | çapa göndər

Qusar rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP)Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi "Konstitusiya və Suverenlik ili"çərçivəsində "Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" " mövzusunda keçirilib.Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələ Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.Giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq müstəqil Azərbaycan respublikasının banisi Heydər Əliyevin Azərbaycan Konstitusiyanın müəllifi olduğunu vurğulayıb. Mövzu ətrafında çıxış edən Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov,rayon Təhsil sektorunun baş məsləhətçisi Yüzbəy Abuyev,rayon prokurorluğunun əməkdaşı Gülçöhrə Kazımzadə,partiya fəalı,Qusar şəhər bələdiyyəsinin üzvü Emin Əlixanov Konstitusiyanın ali qanun olaraq əhatə etdiyi mövzulardan,hüquq və azadlıqlardan bəhs edərək şagirdlərə ətraflı məlumat veriblər.Təhsil və uşaq hüquqları,Konstitusiya və Suverenlik ilə bağlı şagirdlərin fikirləri dinlənilib,diskussiya aparılıb. Şagirdlər Heydər Əliyev muzeyi ilə tanış olduqdan sonra onlara "Heydər Əliyev və Təhsil"adlı film nümayiş olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2025