"Strateji Zirvə. Bakı-Pekin Ortaqlığının Yeni Erası"
Tarix: 01-05-2025 | Saat: 15:44
Bölmə:Siyasət | çapa göndər

2025-ci il 25 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha təsdiqlədi. Müsahibə zamanı dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətlərində son dövrlərdə baş verən mühüm inkişaflara toxunaraq, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə dair vacib mesajlar verdi.
Prezident 2024-cü ilin iyul ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə baş tutmuş görüşü xüsusi vurğulayaraq bildirdi ki, bu görüş ölkələrimiz arasındakı münasibətlərin mühüm mərhələyə qədəm qoymasına səbəb olub. “Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı,” – deyə dövlətimizin başçısı qeyd edib. Bu görüş çərçivəsində əldə olunmuş razılaşmalar ikitərəfli münasibətlərin yeni strateji çərçivəyə salınmasını təmin edib.
Bundan əlavə, Prezident vurğulayıb ki, Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim həmrəylik və dostluq nümayiş etdirirlər. Bu isə iki ölkə arasında dərin etimada əsaslanan münasibətlərin formalaşmasından xəbər verir. İstər iqtisadi sahədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, bu həmrəyliyin konkret təzahürüdür.
Azərbaycan Prezidenti, həmçinin iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini qeyd edib. Bu mövqe Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə sadiqliyinin və Çin ilə münasibətlərdə strateji etimadın nümunəsidir. Xüsusilə Çin Xalq Respublikasının “Bir Çin” prinsipinə Azərbaycan tərəfindən dəstəklə yanaşılması və qarşı tərəfdən də Azərbaycanın ərazi bütövlüyünə verilən dəstək, bu münasibətlərin əsas sütunlarından biridir.
İkitərəfli münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və humanitar sahədə inkişafı Azərbaycan-Çin tərəfdaşlığının çoxşaxəli xarakterini təsdiqləyir. Mədəniyyətlərarası dialoq və təhsil sahəsində əməkdaşlıq bu münasibətlərin sosial təməlini gücləndirir. Çində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri, azərbaycanlı tələbələrin Çində təhsili, eləcə də turizm və mətbuat sahəsində layihələr xalqlar arasında bir-birini daha yaxından tanımasına şərait yaradır. Bu mənada, müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın Çin tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərə – xüsusilə inkişaf, təhlükəsizlik və sivilizasiyalar üzrə təşəbbüslərə qoşulduğunu bildirib. Bu təşəbbüslər, xüsusilə “Bir kəmər, bir yol” layihəsi, Azərbaycan üçün regionda nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirir. Azərbaycanın bu təşəbbüslərdə iştirakı, yalnız iqtisadi deyil, həm də mədəni və siyasi əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Azərbaycanın Çin ilə münasibətləri yaxın gələcəkdə daha da dərinləşəcək, xüsusilə nəqliyyat, enerji, innovasiya və mədəniyyət sahələrində yeni layihələrin reallaşması bu tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu bir daha sübut edəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2025