Manaf Manafov: "Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat, iki dövlətin yalnız dost deyil, həm də etibarlı tərəfdaş olduqlarını təsdiqlədi"
Tarix: 28-04-2025 | Saat: 13:11
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinə etdiyi dövlət səfəri, Azərbaycan-Çin münasibətlərində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər təkcə diplomatik ziyarət yox, həm də iki ölkənin geopolitik vizyonlarının üst-üstə düşməsinin real təzahürü idi. Prezident Əliyevin Sədr Si Cinpinlə görüşü, qarşılıqlı strateji maraqlara əsaslanan əməkdaşlığı daha da dərinləşdirdi.
Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Müsahibimiz deyib ki, bu çərçivədə imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat, iki dövlətin yalnız dost deyil, həm də etibarlı tərəfdaş olduqlarını təsdiqlədi. Azərbaycan, “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyərək, Tayvan məsələsində Pekinin yanında olduğunu bir daha nümayiş etdirdi. Əvəzində, Çin də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verməkdə davam edir. Bu qarşılıqlı dəstək, regional sabitliyin və beynəlxalq hüququn qorunmasına yönəlmiş ortaq iradənin göstəricisidir. Azərbaycanın Çinlə əməkdaşlığı yalnız siyasi və diplomatik sferalarda məhdudlaşmır. Cənab Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Azərbaycanın "Bir Kəmər, Bir Yol" təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olması, Çin ilə uzunmüddətli inkişaf strategiyasına uyğun bir ittifaqa işarədir. Azərbaycanın logistika, nəqliyyat və enerji sahəsində sürətli inkişafı, Çinin qlobal nəqliyyat şəbəkəsində Bakını əsas qovşaqlardan birinə çevirə bilər. Nəticə etibarilə, bu səfər Azərbaycan-Çin münasibətlərində sadəcə yeni mərhələ deyil, həm də regionun geosiyasi mənzərəsini formalaşdıracaq strateji əməkdaşlığın mühüm təməl daşlarından biri oldu. Bu səfər zamanı CGTN telekanalına verdiyi müsahibədə Prezident iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin əhəmiyyətini xüsusi olaraq vurğuladı. Bildirdi ki, “Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük... Bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq.” Bu sənəd, iki ölkə arasında artıq ikitərəfli dostluğun daha yüksək – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərdi. Prezident İlham Əliyev qeyd edir ki, bu əlaqələr sadəcə diplomatik jest deyil, həm də dərin etimadın və siyasi həmrəyliyin ifadəsidir: “Mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam.” Çinlə Azərbaycan arasında münasibətlərin əsas dayağı, tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləməsidir. Prezident Əliyev bunu belə ifadə edir: “Biz 'Vahid Çin' siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq.” Bu mövqe, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sabitliyi dəstəklədiyini və strateji müttəfiqlik münasibətlərinə sadiq qaldığını nümayiş etdirir. Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Cənab Prezident bu barədə deyib: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. Bir həqiqəti də demək lazımdır.” İki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Ümummilli lider Heydər Əliyevin xüsusi yeri var. Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı.” İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin daha böyük nəticələrə gətirməsi, təhsil, turizm və digər sahələrdə davamlı inkişaf ölkələrimizin münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini təsdiq edir- deyə M.Manafov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər